Vətəndaşlara özünü vəzifəli şəxs kimi təqdim edərək sosial yardım vəd edən şəxsə hökm oxundu
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial yardımlarla bağlı işçi qrupunun rəhbəri kimi təqdim edərək vətəndaşlara qarşı dələduzluq cinayəti törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub.
Oxu.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, Sabunçu Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq - təkrar törədildikdə) və 178.2.4-cü (dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə mühakimə olunan İntiqam adlı şəxs 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
İş materiallarından aydın olub ki, təqsirləndirilən şəxs "TikTok" platformasında "sosial yardım üzrə yoxlama" səhifəsi yaradaraq bu məsələ ilə bağlı vətəndaşlara kömək edəcəyi barədə yalan təbliğat aparıb. Bununla o, bir neçə nəfərin diqqətini cəlb edə bilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 05 Avqust 2025 23:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















