Icma.az
close
up
RU
Ozon dəliyindən buz nüvələrinə: Antarktida araşdırmaları niyə bu qədər vacibdir?

Ozon dəliyindən buz nüvələrinə: Antarktida araşdırmaları niyə bu qədər vacibdir?

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hazırda Antarktidadakı elmi tədqiqatların əsas diqqət mərkəzində iqlim dəyişikliyi dayanır. Ağ qitə, qlobal dövrlərdəki dəyişiklikləri anlamaq üçün mühüm bir göstəricidir. Unikal və həssas ekosistemə malik olan Antarktida ekstremal iqlimi səbəbindən qlobal iqlim və atmosfer dəyişikliklərinə qarşı son dərəcə həssasdır. Bundan əlavə, insan təsirinin nisbətən az olduğu bir bölgə kimi, təbii sistemlərin proseslərini və reaksiyalarını araşdırmağa imkan yaradır.

Qayanrinfo "The Conversation"a istinadən xəbər verir ki, Antarktidanın coğrafi mövqeyi, planetin başqa yerlərində aparılması mümkün olmayan elmi araşdırmaları reallaşdırmağa şərait yaradır. Bunun bir nümunəsi Günəş aktivliyinin Yer kürəsinin maqnit sahəsinə təsirini araşdıran kosmik hava tədqiqatlarıdır. Bu araşdırmalar mühüm əhəmiyyət daşıyır, çünki Yer kürəsinin maqnit sahəsi rabitə sistemləri, texnologiya, infrastruktur və hətta insan sağlamlığına təsir edə bilər.

Hazırda Antarktida tədqiqatlarında təxminən 30 fərqli ölkədən alimlər iştirak edir. Lakin bu tədqiqat bazaları daha geniş bir elmi icmaya xidmət göstərir. Antarktida araşdırmalarında əməkdaşlıq əsas amillərdən biridir, çünki əksər elmi sahələr təcrid olunmuş şəraitdə aparılır. Üstəlik, burada lojistik çətinliklər və məhdud resurslar da nəzərə alınmalıdır.

Antarktidadakı əsas elmi kəşflər

Antarktida araşdırmalarının ən böyük elmi nailiyyətlərindən biri 1985-ci ildə Böyük Britaniyanın "British Antarctic Survey" təşkilatından alimlər tərəfindən ozon dəliyinin kəşf edilməsidir. Bu kəşf ozonu məhv edən xloroflorokarbonların (xlor, flüor və karbonun tərkibində olduğu sintetik kimyəvi birləşmələr) mərhələli şəkildə istifadədən çıxarılmasını nəzərdə tutan "Monreal protokolu"nun qəbul edilməsinə səbəb olub. Nəticədə, ozon təbəqəsinin tədricən bərpa olunmasına nail olunub.

Antarktidadakı ikinci mühüm tədqiqat isə buz nüvələrinin köməyi ilə keçmiş iqlim şəraitinin öyrənilməsidir. Buz nüvələri atmosferin keçmiş dövrlərdəki vəziyyəti haqqında dəyərli məlumatlar saxlayan hava qabarcıqları ehtiva edir. Ən önəmlisi isə buz nüvələri təxminən 1,2 milyon il geriyə gedən fasiləsiz və detallı məlumat təqdim edir. 

Keçmiş iqlim dəyişiklərini və Yer kürəsinin bu dəyişikliklərə reaksiyasını başa düşmək, gələcək iqlim dəyişikliklərini proqnozlaşdırmaq üçün vacibdir. Bu, insan fəaliyyəti ilə bağlı iqlim dəyişikliyindən irəli gələn təhlükələrin dərk edilməsi baxımından da əhəmiyyət daşıyır.

Antarktida tədqiqatlarının çətinlikləri

Antarktida araşdırmalarının qarşılaşdığı üç əsas çətinlik var: uzaqlıq, soyuq iqlim və gün işığı şəraiti.

Bu qitədə tədqiqat sahələrinin uzaq olması, ora səfərləri çətinləşdirir. Antarktidadakı tədqiqat bazaları arasında böyük məsafələr var. Buna görə də, elmi tədqiqatların aparılması ciddi lojistik planlaşdırma və əməkdaşlıq tələb edir. Məsələn, Antarktidadakı "SANAE IV" bazasında çalışan Yohannesburq Universitetinin geoloqları sahə tədqiqatları üçün həftələrlə nümunə toplayır, qarlı ərazilərdə uzun məsafələr qət edir və ekstremal hava şəraitində çalışır.

Bundan əlavə, temperaturun aşağı olması da ciddi çətinlik yaradır. Əksər elmi fəaliyyətlər temperaturun nisbətən dözümlü olduğu yay aylarında (dekabr-fevral) həyata keçirilir. Antarktidaya dəniz yolu ilə giriş isə dəniz buzlarının miqdarı və qalınlığı ilə məhdudlaşır, bu da yay mövsümünü tədqiqatlar üçün qısa müddətli bir imkan halına gətirir.

Sonuncu çətinlik isə gün işığı rejimidir. Yay aylarında 24 saat gün işığı mövcud olsa da, bu şərait yalnız məhdud müddət ərzində davam edir.

Antarktida və qlobal ekosistemlər

Antarktida qlobal ekosistemlərlə sıx bağlıdır və onların formalaşmasına əhəmiyyətli təsir göstərir. Məsələn, iqlim dəyişikliyi Antarktidadakı buzlaqların sürətlə əriməsinə səbəb ola bilər. Bu buzlar okeana qarışdıqda, dəniz səviyyəsinin qalxmasına və qlobal okean cərəyanlarında pozulmalara yol aça bilər. Okean cərəyanlarındakı bu dəyişikliklər, okean ekosistemindəki qida zəncirini də ciddi şəkildə təsir edə bilər.

İqlim dəyişikliyi kontekstində dəniz səviyyəsinin yüksəlməsi qlobal miqyasda cəmiyyətlər üçün ciddi təhlükə yaradır. Buna görə də, cəmiyyətlərin uyğunlaşması və risklərə qarşı davamlılıq əldə etməsi üçün bu təsirlərin araşdırılması həyati əhəmiyyət daşıyır.

Antarktida tədqiqatları, iqlim dəyişikliyinin Yerdə necə təsir göstərəcəyini daha yaxşı anlamağa və bu dəyişikliklərə uyğunlaşmaq üçün strategiyalar hazırlamağa kömək edən vacib bir elmi sahədir.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 23 Mart 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri