Icma.az
close
up
RU
MDB İştirakçı Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 35 ci yubiley iclası keçirilib

MDB İştirakçı Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 35 ci yubiley iclası keçirilib

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Oktyabrın 21-də Düşənbə şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) İştirakçı Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının (BPƏŞ) 35-ci yubiley iclası keçirilib.

Baş Prokurorluqdan APA-ya verilən xəbərə görə, MDB prokurorluq orqanlarının rəhbər şəxsərinin iştirak etdiyi iclasda ölkəmizi Azərbaycan Respublikasının Baş prokurorun birinci müavini Elçin Məmmədovun rəhbərlik etdiyi, Naxçıvan Muxtar Respublikasının prokuroru Sənan Paşayev, Azərbaycan Respublikası Baş prokurorunun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi Teymur Qarayev, Kriminalistika və İnformasiya texnologiyaları idarəsinin rəisi Talıb Cəfərov və Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəis müavini Babək Zakirzadədən ibarət nümayəndə heyəti təmsil edib.

Baş prokurorunun birinci müavini tədbirdə “Azərbaycan Respublikasında ekoloji təhlükəsizliyin təmin olunmasında prokurroluğun rolu: təcrübə və prioritetlər” mövzusunda çıxış edib.

Vurğulanıb ki, Prezident İlham Əliyev tərəfindən ümummilli lider Heydər Əliyevin bütün sahələrdə olduğu kimi ekoloji təhlükəsizliyin qorunması və möhkəmləndirilməsinə dair siyasəti də uğurla davam etdirirlərək bu sahə beynəlxalq səviyyəyə qaldırılıb. COP29-un Bakıda keçirilməsinin Azərbaycanın qlobal ekoloji proseslərdə fəal rolunu nümayiş etdirməsi də çıxışda qeyd olunub.

Həmçinin, çıxış zamanı Baş Prokurorluq tərəfindən yaradılmış ECOLEAD platformasının ekoloji cinayətlərlə mübarizə və təbiətə vurulan ziyanın bərpasındakı rolundan bəhs olunub.

Bundan başqa, tədbir çərçivəsində Müstəqil Dövlətlər Birliyi (MDB) İştirakçı Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının (BPƏŞ) 35-ci yubiley iclasında iştirak edən nümayəndə heyətlərinin rəhbərləri Tacikistan Respublikasının prezidenti Emomali Rahmon tərəfindən qəbul edilib.

Səfər zamanı Elçin Məmmədovla Tacikistanın Baş prokuroru Habibullo Vohidzoda ilə görüşüb.

Görüşdə Azərbaycan və Tacikistan arasında dostluq və qarşılıqlı etimada əsaslanan münasibətlərin tarixi köklərə və ümumi dəyərlərə söykənməsi qeyd olunub.

Bundan əlavə, nümayəndə heyətinin üzvü Babək Zakirzadə səfər çərçivəsində Tacikistan Slavyan universitetinin Hüquq fakültəsinin tələbələrinə “ Azərbaycan Prokurorluğu: Konstitusion statusu və fəaliyyət istiqamətləri” mövzusunda mühazirə deyib.

Mühazirədə tələbələrə Azərbaycan Prokurorluğunun tarixi, konstitusion statusu və müasir fəaliyyəti barədə məlumat verilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://apa.az
archiveBu xəbər 22 Oktyabr 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see206

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see172

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see159

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see139

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see134

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see133

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri