Icma.az
close
up
RU
Özü də, nümayəndəsi də məhkəmədə iştirak etmir ... Lənkəranın icra başçısı sui qəsdə görə məhkəməyə çağrıldı

Özü də, nümayəndəsi də məhkəmədə iştirak etmir ... Lənkəranın icra başçısı sui qəsdə görə məhkəməyə çağrıldı

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovu öldürməyə cəhddə ittiham olunan Bəhruz Əsgərovun məhkəməsi davam edir.

Bizimyol.info xəbər verir ki, martın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyilə keçirilən məhkəmə prosesində Bəhruz Əsgərovun vəkili Nüşabə Ağayeva zərərçəkmiş qismində tanınan icra başçısının məhkəmədə dindirilməsini istəyib.

Vəkil bildirib ki, zərərçəkmiş Taleh Qaraşovun məhkəmədə iştirakı vacibdir. Onun sözlərinə görə, hüquqlarını müdafiə etdiyi şəxs ağır cinayətdə ittiham olunur. Zərərçəkmiş qismində tanınan şəxsin ona münasibəti, nə deyəcəyi əhəmiyyəlidir:

“Lakin zərərçəkmiş zərərçəkmiş şəxsin nə özü məhkəmədə iştirak edir, nə də nümayəndəsi”.

Dövlət ittihamçısı isə bildirib ki, zərərçəkmiş Taleh Qaraşov istintaq zamanı dindirilib. O, zərərçəkmişin istintaqdakı ifadəsinin məhkəmədə elan olunmasını təklif edib.

Hakimlər isə müşavirə edərək, zərərçəkmiş icra başçısı Taleh Qaraşovun növbəti məhkəmə iclasına çağrılması, bu barədə ona bildiriş göndərilməsi barədə qərar qəbul ediblər.

Məhkəmə prosesi aprelin 1-nə təyin edilib.

Bəhruz Əsgərov müxtəlif şəxsləri də cəlb edib, onlara Lənkəranın icra başçısı Taleh Qaraşovun və Azərbaycanda ingilis dili müəllimi kimi fəaliyyət göstərən bir əcnəbinin öldürülməsi barədə tapşırıqlar verməkdə ittiham olunur.O, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində saxlanılıb.

Bəhruz Əsgərova qarşı Cinayət Məcəlləsinin 28,120.2.1, 28,120.2.10, 28,120.2.11, 28,120.2.12 (qabaqcadan əlbir olan bir qrup şəxs halında milli, irqi, dini ədavət və düşmənçilik zəminində təkrar adam öldürməyə hazırlıq), 28,214.2.1, 28,214.2.3 (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terror aktı törətməyə hazırlıq), 28,214-3.1 (terrorçuluqla əlaqədar təlim keçməyə hazırlıq), 28,277 (dövlət xadiminin həyatına sui qəsd etməyə hazırlıq) və 28,278.1-ci (dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hazırlıq hərəkətləri) maddələri ilə ittiham irəli sürülüb.

Aytən, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 06 Mart 2025 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hüseyn Məmmədlidən Avstriyada gümüş medal FOTO

07 Sentyabr 2025 16:50see181

Tramp Qazaxıstan prezidenti ilə danışdı

07 Sentyabr 2025 20:37see167

NTV: Türkiyə və Ermənistan rəsmiləri gələn həftə görüşəcək

07 Sentyabr 2025 10:46see150

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see150

Türkiyə millisi İspaniya yığması ilə qarşılaşacaq KONKRET

07 Sentyabr 2025 10:54see149

Tramp Tokayevlə telefon danışığı apardı

07 Sentyabr 2025 20:42see142

Ukraynalı futbolçu: “Azərbaycanla oyunda qələbə qazanmalıyıq”

07 Sentyabr 2025 11:07see132

Dəhşətli qəzada ölən “KamAZ”ın sürücüsünün Fotosu

07 Sentyabr 2025 10:32see131

Corcio Armaninin harada dəfn olunacağı məlum oldu

07 Sentyabr 2025 21:12see129

WSJ: Aİ ABŞ ticarət razılaşması iflasa uğrama riski altındadır

07 Sentyabr 2025 21:21see129

Azərbaycan millisinin heyətində dəyişiklik Qarabağ ın forvardı oynamayacaq

07 Sentyabr 2025 11:23see123

Bu muzeyə giriş bağlandı Mina TƏHLÜKƏSİ KONKRET

07 Sentyabr 2025 21:02see123

Muxtar respublika büdcəsinin gəlirlərində artım qeydə alınıb

08 Sentyabr 2025 16:39see123

Bu içkilər saç tökülməsini sürətləndirir

08 Sentyabr 2025 01:59see121

Niderland millisinin tarixində ən çox qol vuran futbolçu oldu

07 Sentyabr 2025 21:47see121

Patris Evra Ser Aleks Ferqyuson haqqında: Ona lazım olan yeganə şey 200 milyon idi VİDEO

07 Sentyabr 2025 18:31see121

Quraqlıq Qazaxıstanda tarixi sirlərin üzə çıxmasına kömək edib

07 Sentyabr 2025 18:17see120

Türkiyə yığması dünya ikincisi oldu

07 Sentyabr 2025 19:59see120

Athletic Bilbao tarixində ilk türk futbolçu transferi

08 Sentyabr 2025 00:13see115

Kişilərdə mədə narahatlığının simptomları xərçəngə işarə edə bilər

07 Sentyabr 2025 15:39see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri