“Özüm vəziyyətdən birtəhər çıxacağam...” Saleh Məmmədov
Icma.az bildirir, Turkstan.az portalına istinadən.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA )İdarə Heyətinin sədri Saleh Məmmədovun tutduğu vəzifədən kənarlaşdırılmasından sonra bu qurumda maliyyə pozuntularının üzə çıxmasına dair məlumatlar yayılıb.
Bununla bağlı məlumatlarda bildirilir ki, Saleh Məmmədovun özü və komandası yüz milyonlarla büdcə vəsaitini talan etdiyi üçün məsuliyyətə cəlb olunacaq.
Turkustan.az Gununsesi.info-ya istinadən bildirir ki, məsələ ilə bağlı Saleh Məmmədovun bağ evində respublikanın müxtəlif bölgələrini əhatə edən xüsusi yol istismar idarələrinin rəisləri ilə toplantı keçirdiyi deyilir. Həmin iclasda iştirak edən şəxslərdən birinin verdiyi məlumata görə, Saleh Məmmədov, öz komandası hesab etdiyi həmin şəxslərə yaranmış vəziyyətdən çıxmağı təklif edib.
O, bildirib ki, yoxlamalar zamanı ortaya çıxan vəsait büdcəyə qaytarılmasa, hamını həbs gözləyir. “Mən özüm vəziyyətdən birtəhər çıxacağam, siz əlinizi daşın altına qoymasanız, hamınız həbsə gedəcəksiniz” deyə Saleh Məmmədov onlara xəbərdarlıq edərək, zərəri bağlamağı tələb edib.
Məlumatda keçmiş sədrin bağına toplaşan şəxslərdən bəzilərinin kimliyi redaksiyamıza bəlli olub.
Bunlar Şükür Astanov, Məzahir Səlimov , İlham Əzimov, Zahid Nuriyev, Arif Abbasov, Nizami Çıraqov, Məhəmməd Musayev və başqalarıdır.
Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) regional idarələri ölkənin müxtəlif bölgələrində avtomobil yollarının, körpülərin və digər qurğuların tikintisi, təmiri və saxlanılması işlərini həyata keçirir.
Baxış sayı:214
Bu xəbər 27 Fevral 2026 22:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















