Özümüzü real qiymətləndirməyi bacaraq
Icma.az bildirir, Ses qazeti portalına istinadən.
“Özünü real və sağlam qiymətləndirə bilən peşəkarlar, daha uğurlu olurlar. Özünüzü başqaları ilə müqayisə etdiyiniz zaman, məqsədlərinizi onların məqsədləri ilə bərabər tutursunuz. Halbuki, hər birimizin imkanları və əldə olan resurslarımız fərqli olduğuna görə əldə etmək istəyimiz nəticə də müxtəlif olur. Özündə daha yaxşısına nail ola bilmə potensialınızı, müqayisə ilə boğmayın”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirir.
Psixoloqun sözlərinə görə, məsləhət alın, təcrübələr dinləyin və müşahidə edin: “Yeniliklərə cəhd edin, lakin başqalarının ayaqqabısını geyinib, yeriməyə çalışmayın. Çünki uğur, bir tort deyil və başqasının daha çox hissəyə sahib olacaq qorxusu sizi müvəffəqiyyətsizlikdən başqa heç nəyə aparmayacağını unutmayın. Günəşlə ay arasında heç bir müqayisə yoxdur - hərəsinin vaxtı gəldiyi zaman parlayırlar”, - deyə psixoloq Yeganə Əsgərova söhbətə yekun vurub.
Afət Tahirqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 10 Avqust 2026 10:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















