Özünü dövlət qurumlarının əməkdaşı kimi təqdim edərək vətəndaşların pulunu ələ keçirən şəxs saxlanılıb
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 26 may, AZƏRTAC
Paytaxtın Nəsimi, Nizami, Səbail və digər rayonlarında silsilə dələduzluq hadisələri qeydə alınıb.
Daxili İşlər Nazirliyinin mətbaut xidmətindən AZƏRTAC-a verilən məlumata görə, naməlum şəxs özünü ayrı-ayrı dövlət qurumlarının əməkdaşı kimi təqdim edərək vətəndaşların evinə daxil olub və mənzillərində quraşdırılan sayğaclarda problem olması bəhanəsi ilə onları aldadaraq pul vəsaitlərini ələ keçirib.
Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı dələduzluq etməkdə şübhəli bilinən 34 yaşlı Rəfail Əsgərov saxlanılıb. Onun qanunazidd əməlləri təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.
Faktlarla bağlı araşdırma aparılır.
R.Əsgərovun qanunsuz əməllərindən zərər çəkənlər varsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 26 May 2025 18:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















