Icma.az
close
up
RU
Özünü səviyyə li hiss edənlər... Xarici dildə danışıq səviyyəsi artır, ana dilinə hörmət səviyyəsi azalır

Özünü səviyyə li hiss edənlər... Xarici dildə danışıq səviyyəsi artır, ana dilinə hörmət səviyyəsi azalır

Icma.az, Bizimyol saytına istinadən bildirir.

“Qalxıb Şahdağına söz istəyirəm,

Çatsın hay-harayım dinləyənlərə,

Mən nankor deyirəm, nacins deyirəm –

Öz ana dilini bilməyənlərə!”

Nahaq yerə, bu şeirlə başlamadım məqaləyə. Bu gün ölkəmizdə öz ana dilini bilməyənlər, ana dilində danışa bilməyənlər, başqa dillərdən sitatlarla və ifadələrlə danışanlar var.

Əvvəllər məmurlarımız arasında da Azərbaycan dilində iki sözü yan-yana istfadə edə bilməyənlər var idi. Məhz onların danışmaq istədikləri, demək istədikləri cümlələr üçün istifadə edirdik “erməni budaq cümləsi” ifadəsini...

Bu gün də gənclər arasında “bay”, “hello”, “date-ə çıxıram”, “kiss you”, “see you”, “conversation-a gedirəm” və s. çox sayda dilimizdən olmayan sözlər istifadə edən şəxslər var... Bu şəxslər bu ifadələri istifadə etməklə, sanki yüksək səviyyədə olduqlarını bildirmək istəyirlər. Bəs kimdən və nə ilə?

Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, insana dildən keçən təfəkkür və kamil şəxsiyyətin formalaşmasınada başlıca rol oynayan milli dövlət dilinə, ana dilinə hörmət və o dili qorumaq, onu inkişaf etdirmək, onu gələcək nəsillərə ötürmək həm bir missiyadır, həm də vətəndaşlıq borcudur.

İlqar Orucov

“İnsanlarımızı dilə məhəbbət ruhunda böyütməliyik. Bəzən müşahidə edirik ki, 3-4 il xaricdə oxuyub, gəlib danışır, danışığında əvvəllər bəzi ifadələri rus dilində işlədirdilər, indi ingilis dilində işlədirlər. Yeni nəsil sanki bununla "səviyyə"cə yüksək olmasını göstərir. Əksinə, bu məsələlər onun göstəricisi deyil. İnsan öz dilində mükəmməl danışırsa və ya öz dilində düşünərək danışırsa, budur üstünlük”-deyə İlqar Orucov qeyd edib.

Ekspert deyir ki, Azərbaycan dili kifayət qədər zəngin dildir və Azərbaycan dilində alternativi olmayan ifadələr yoxdur.

“Bu dilin inkişafı ilə bağlı Azərbaycanda konkret olaraq, Elmlər Akademiyasının Dilçilik İnstitutu var. Təkcə Dilçilik İnstitutunda Azərbaycan dilinin inkişafı ilə bağlı kifayət qədər kifayət qədər tədqiqatlar aparılır. Bütövlükdə, bu məsələ ideoloji, mənəvi, dövlətçilik və milli şüur məsələsi olduğu üçün lazıdırsa, biz Azərbaycan dilini universitetlərdə tədris etməliyik. Lazımdırsa, ümumilikdə məktəbəqədər təhsil müəssisələrindən başlayaraq yuxarı siniflərə qədər ana dilimizin tədrisi üçün tələbləri mütləq gücləndirməliyik”.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 21 Fevral 2025 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see234

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see206

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see150

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri