Pakistan ABŞ və İran arasında vasitəçiliyi davam etdirməyə hazır olduğunu bildirib
Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Pakistan çətinliklərə baxmayaraq, münaqişənin həllinə yönəlmiş ABŞ və İran arasındakı danışıqlara dəstək vermək istiqamətində səylərini davam etdirmək niyyətindədir.
Moderator.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tahir Andrabi İslamabadda keçirilən həftəlik brifinqdə bildirib.
Andrabi vurğulayıb ki, Pakistan ABŞ və İran arasında danışıqların təşkili üzrə çoxtərəfli səylərdə aparıcı rol oynayır.
"Çağırışlara və maneələrə baxmayaraq, Pakistan dialoqa dəstək vermək üçün səylərini davam etdirəcək", - o deyib.
Andrabi həmçinin nəzərə çatdırıb ki, həm ABŞ, həm də İran Pakistana neytral vasitəçi kimi etibar edir.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 02 Aprel 2026 19:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















