Pakistan nümayəndə heyəti Azərbaycan Hərbi Dəniz Qüvvələrində olub
Operativ MM portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Pakistan nümayəndə heyəti Azərbaycan Hərbi Dəniz Qüvvələrində olub.
Müdafiə Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələri (HDQ) Akademiyası rəisinin müavini kontr-admiral Ehsan Ahmed Xanın rəhbərlik etdiyi nümayəndə heyəti və Akademiyanın “Hərbi Dəniz Qüvvələri Qərargah kursu"nun dinləyiciləri tədris gəzintisi çərçivəsində Azərbaycan HDQ-ni ziyarət ediblər.
Əvvəlcə qərargahda keçirilən görüşdə Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanının birinci müavini - qərargah rəisi 1-ci dərəcəli kapitan Teymur Mürşüdov Azərbaycanın dünyanın aparıcı dəniz qüvvələrinə malik ölkələri ilə əməkdaşlığında Pakistan İslam Respublikasının dəniz donanmasının xüsusi yeri olduğunu qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran bir çox məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Kontr-admiral Ehsan Ahmed Xan protokola uyğun olaraq, "Şərəf kitabı"nı imzalayıb.
Sonra qonaqlara HDQ-də icra edilən fəaliyyətlərlə bağlı brifinq təqdim edilib, onları maraqlandıran suallar cavablandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 24 Fevral 2025 16:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















