Pakistan ordusu döyüşə hazır vəziyyətə gətirildi
Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Pakistan hakimiyyəti Əfqanıstandan terror hücumu təhlükəsi səbəbindən ölkə daxilində təhlükəsizlik tədbirlərini gücləndirib.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Pakistan daxili işlər naziri Təlal Çaudri məlumat verib.
“Silahlı Qüvvələrimiz terror təhlükəsinə qarşı mübarizə aparmaq üçün yüksək hazırlıq vəziyyətinə gətirilib”, - o bildirib.
Daxili işlər naziri qeyd edib ki, son həftələrdə təhlükəsizlik qüvvələri Əfqanıstan vətəndaşları da daxil olmaqla, onlarla terrorizm şübhəlisini həbs edib. Çaudri əlavə edib ki, Pakistana terror hücumlarında Əfqanıstan ərazisində fəaliyyət göstərən yaraqlıların iştirakına dair əlavə dəlillər əldə edilib. Kəşfiyyat məlumatına görə, terrorçular yaxın günlərdə Pakistanın əyalətlərində aktlar törədə bilərlər.
Fevralın 22-də Pakistan “Təhriki Taliban Pakistan” yaraqlıları və İŞİD-in Əfqanıstandakı qolu “Xorasan Vilayəti”nin mövqelərinə hədəfli zərbələr endirib. Əməliyyat Pakistanda son terror hücumlarına, o cümlədən İslamabadda məscidin bombalanmasına cavab olaraq həyata keçirilib.
Əfqanıstan hakimiyyəti baş verənləri “təxribat aktı” adlandırıb. Kabil bəyan edib ki, “ölkənin ərazi bütövlüyünün pozulmasına” qətiyyətlə cavab vermək hüququnu özündə saxlayır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 25 Fevral 2026 15:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















