Pakistan ordusu əməliyyat keçirib: 22 silahlı zərərsizləşdirilib
Icma.az, Cebheinfo saytına istinadən bildirir.
Pakistan təhlükəsizlik qüvvələrinin ölkənin şimal-qərbində, Əfqanıstanla sərhəd yaxınlığında keçirdiyi əməliyyatlar zamanı 22 yaraqlı öldürülüb.
"Report" "Al Arabiya" telekanalına istinadən xəbər verir ki, bu barədə Pakistan ordusunun bəyanatında bildirilir.
Hərbçilərin məlumatına görə, kəşfiyyat məlumatları əsasında son 48 saat ərzində Xayber-Paxtunxva əyalətinin Cənubi Vəziristan, Bannu və Tank dairələrində yaraqlıların sığınacaqlarına reydlər həyata keçirilib. Yaraqlılar baş verən atışmalar zamanı öldürülüb.
Pakistan hərbçiləri öldürülən yaraqlıların qonşu Hindistanın dəstəyindən istifadə etdiyini iddia edirlər. Rəsmi Nyu-Delhi hələlik bu ittihamlara münasibət bildirməyib.
Hazırda qalan yaraqlıların aşkar edilməsi üçün ərazinin təmizlənməsi davam edir. Hərbçilər xaricdən dəstəklənən terror fəaliyyətinin qarşısının alınması üzrə əməliyyatları davam etdirmək niyyətində olduqlarını vurğulayıblar.
Ötən həftə Pakistan hərbçiləri ölkənin şimal-qərbində və Bəlucistan əyalətində keçirilən əməliyyatlar zamanı 74 yaraqlının öldürüldüyü barədə məlumat vermişdilər.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 19 Noyabr 2026 13:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















