Pakistan Rusiya ilə hərtərəfli tərəfdaşlığı inkişaf etdirəcək XİN
Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Pakistan Rusiya ilə hərtərəfli tərəfdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır və Ticarət, İqtisadi, Elmi və Texniki Əməkdaşlıq üzrə Rusiya-Pakistan Hökumətlərarası Komissiyasının iclası zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsinə çalışacaq.
Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bunu Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Tahir Andrabi deyib.
O, bildirib ki, iki ölkə arasında əməkdaşlıq təkcə son məsləhətləşmələr zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsi kontekstində deyil, həm də əvvəllər irəli sürülən təşəbbüslər kontekstində mühüm potensiala malikdir.
"Biz hökumətlərarası komissiya çərçivəsində hər bir razılaşmanın həyata keçirilməsində son dərəcə maraqlıyıq. Bizim Rusiya ilə çox yaxşı, hərtərəfli tərəfdaşlığımız var və biz bunu gələcəkdə də inkişaf etdirəcəyik", - deyə XİN sözçüsü qeyd edib.
Gülşən Şərif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 28 Noyabr 2025 17:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















