Icma.az
close
up
RU
Pakistan səfiri Naxçıvana səfər edib

Pakistan səfiri Naxçıvana səfər edib

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Noyabrın 16-da Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddin Naxçıvan Muxtar Respublikasına səfər edib.

APA-nın yerli bürosu xəbər verir ki, səfir Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov ilə görüşüb.

Görüşdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan-Pakistan münasibətlərinin dostluq, qardaşlıq və qarşılıqlı etimad prinsipləri əsasında uğurla inkişaf etdiyi bildirilib, əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Müzakirələr zamanı Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyi çərçivəsində əldə olunan razılaşmalardan məmnunluq ifadə olunub. Naxçıvanın Orta Dəhliz üzrə kommunikasiyaların inkişafında mühüm strateji mövqeyi, regionun iqtisadi potensialı, bərpaolunan enerji imkanları, sahibkarlara tətbiq edilən güzəştlər, eləcə də gələcəkdə azad iqtisadi zonaya çevrilməsi istiqamətində görülən işlər diqqətə çatdırılıb.

Xarici investorlar üçün Naxçıvanda yaradılmış əlverişli imkanlar, xüsusilə kənd təsərrüfatı sahəsində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Ceyhun Cəlilov Naxçıvan Dövlət Universitetində Kənd Təsərrüfatı üzrə Araşdırma Mərkəzinin Pakistanın adiyyəti mərkəzi ilə əməkdaşlıq çərçivəsində yaradılması imkanları müzakirə edilib. Qeyd olunub ki, müvafiq elmi-tədqiqat və təcrübə mübadiləsinin qurulması, aqrar sahədə müasir yanaşmaların tətbiqi sənaye yönümlü kənd təsərrüfatının inkişafına mühüm töhfə verə bilər. Bu istiqamətdə dövlət tərəfindən sahibkarlara göstərilən dəstək və tətbiq olunan güzəştlərin də əhəmiyyəti qeyd edilib.

Naxçıvanın enerji potensialı və bərpaolunan enerji sahəsində həyata keçirilən layihələr də müzakirə mövzusu olub. Elektrik enerjisinin Türkiyəyə ixracı, eləcə də gələcəkdə daha geniş bazarlara çıxarılması imkanları diqqətə çatdırılıb.

Səfir Qasım Mohiuddin Naxçıvan ilə Pakistanın Lahor şəhərinin qardaşlaşmış şəhərlər olduğunu xatırladaraq bu əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini qeyd edib. O, əməkdaşlığın inkişafı baxımından hər iki şəhərin və regionun rəsmi nümayəndələrinin qarşılıqlı görüşlərinin keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Azərbaycan və Pakistan xalqlarının zəngin tarixi-mədəni irsə malik olduqlarını bildirən tərəflər mədəni əlaqələrin genişləndirilməsi, qarşılıqlı tanıtım və təbliğ imkanları barədə də fikir mübadiləsi aparıblar.

Səfir Qasım Mohiuddin səfərin əsas məqsədinin Naxçıvanın sosial-iqtisadi potensialı, tarixi və mədəni mühiti ilə yaxından tanış olmaq, qarşılıqlı fikir mübadiləsi aparmaq və gələcək əməkdaşlıq istiqamətlərini dəyərləndirmək olduğunu bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:79
embedMənbə:https://apa.az
archiveBu xəbər 16 Noyabr 2026 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see322

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see321

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see314

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see304

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see300

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see296

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see295

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see267

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see266

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see258

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see256

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see255

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see253

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see247

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see244

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see242

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see241

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see205

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see201

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri