Pakistanda güclü partlayış: 10 nəfər ölüb, 32 nəfər yaralanıb
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Pakistanın Bəlucistan əyalətinin cənub-qərbindəki Kvetta şəhərində baş verən partlayış nəticəsində azı 10 nəfər ölüb, 32 nəfər yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Dawn" qəzeti regional səhiyyə idarəsinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, hadisə ilə bağlı Kvettanın tibb müəssisələri yüksək hazırlıq vəziyyətinə gətirilib.
Təhlükəsizlik mənbələrinə istinadən verilən məlumata görə, partlayışı "Fitnə əl-Xəvaric" qruplaşmasının (daha əvvəl "Təhriki Taliban Pakistan" və ya "Pakistan Taliban Hərəkatı" kimi tanınırdı) üzvü olan kamikadze törədib.
2024-cü ildə Pakistanda törədilən terror aktlarının 90%-i Əfqanıstanla həmsərhəd olan Xeyber Paxtunxva və Bəlucistan əyalətlərinin payına düşüb. Hər iki bölgədə müxtəlif silahlı qruplar etnik azlıqların - puştunların və bəlucların hüquqlarını qorumaq bəhanəsi ilə Pakistanın təhlükəsizlik qüvvələrinə və mülki insanlara qarşı hücumlar həyata keçirirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 30 Sentyabr 2025 13:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















