Pakistanda qaz tankerinin partlaması nəticəsində altı nəfər ölüb, onlarla yaralı var
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İslamabad, Hilal Əhməd, 27 yanvar, AZƏRTAC
Pakistanın cənubundakı Multan şəhərində qazla dolu tankerin partlaması nəticəsində azı altı nəfər ölüb, onlarla insan yaralanıb.
AZƏRTAC xəbər verir ki, həlak olanlar arasında azyaşlı da var. Xilasedicilərin sözlərinə görə, hadisə qaz sızması səbəbindən alovlanıb. Yanğın yaxınlıqdakı bir çox evləri bürüyüb.
Pakistanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları faciəvi insidentdə 31 nəfərin yaralandığını təsdiqləyib. Xilasetmə orqanları bildiriblər ki, yaralıların vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı ehtimal olunur. Multan şəhərinin polis zabiti Sadiq Əli yanğın zamanı bir neçə evin dağıldığını və mal-qaranın tələf olduğunu bildirib.
Xilasedicilər təhlükəsizliyin təmin edilməsi məqsədilə ətraf ərazilərdə axtarış işlərinə başlayıb, ehtiyat tədbiri olaraq ərazidə elektrik enerjisinin və qazın verilməsi dayandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 27 Yanvar 2025 10:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















