Icma.az
close
up
RU
Pakistanda sel fəlakəti: Ölənlər var

Pakistanda sel fəlakəti: Ölənlər var

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Pakistanın Pəncab əyalətində baş verən sel fəlakəti nəticəsində azı 22 nəfərin həyatını itirdiyi, bir çox insanın itkin düşdüyü və təxminən 600 min nəfərin təxliyə edildiyi bildirilib.

"Cebheinfo.az" xəbər verir ki, Pakistanda güclü musson yağışları səbəbindən baş verən sel və torpaq sürüşmələrinin fəsadları artmaqda davam edir. Xüsusilə Pəncab əyalətində vəziyyət kritik hal alıb.

Musson yağışlarının intensiv olduğu Hindistanın Ravi, Çenab və Sutlec çaylarındakı bəndlərdən artıq suyun boşaldılması qərarı Pakistanın Pəncab bölgəsində genişmiqyaslı selə səbəb olub.

Yüzlərlə kənd su altında qalıb, milyonlarla dönüm əkin sahəsindəki məhsullar zərər görüb.Rəsmilər hadisə nəticəsində azı 22 nəfərin öldüyünü, bir çox insanın itkin düşdüyünü və 600 mindən çox insanın təhlükəsiz bölgələrə köçürüldüyünü açıqlayıblar.Əyalət rəsmiləri Hindistandan verilən xəbərdarlıqdan sonra çayların yaxınlığında yaşayan təxminən 200 min nəfərin təxliyə edildiyini bildiriblər.

Yerli mənbələrə görə, təxliyə əməliyyatlarında qayıqlar vasitəsilə kəndlərə gedilərək sakinlər və təsərrüfat heyvanları təhlükəsiz zonalara aparılıb. Bu yolla 32 mindən çox insan sel bölgəsindən xilas edilib.Pakistan Milli Fəlakət İdarəetmə Agentliyinin (NDMA) rəhbəri general-leytenant İnam Haider Malik bölgədə araşdırma aparan Baş nazir Şahbaz Şərifə məlumat verib.

Agentliyin məlumatına görə, iyun ayından bəri musson yağışlarının yaratdığı fəlakətlər nəticəsində ölənlərin sayı 822-yə, yaralananların sayı 1088-ə yüksəlib, 7 465 ev isə zərər görüb.

Nigar Hacılı 
"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Avqust 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see248

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see239

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see234

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see232

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see231

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see228

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see227

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see227

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see221

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see206

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see205

Müəllim əməliyyatdan sonra öldü

11 Sentyabr 2026 09:12see200

Səhərlər qrip kimi oyanırsınız? Həkim AÇIQLADI

11 Sentyabr 2026 13:57see199

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see196

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see193

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see191

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see191

Trampdan İran bəyanatı Qərarından peşman deyil

11 Sentyabr 2026 04:09see188

Payızda orqanizmə güc verən 3 MƏHSUL

11 Sentyabr 2026 04:56see187

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri