Pakistanda toy yasa çevrildi: Yeddi ölü, 60 yaralı
Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Pakistanın şimal-şərqində iki nəqliyyat vasitəsinin toqquşması nəticəsində azı yeddi nəfər həlak olub, 60-a yaxın insan yaralanıb.
Moderator.az bu barədə "The Nation" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, yol-nəqliyyat hadisəsi gecə saatlarında Pəncab əyalətinin Rəhimyar Xan dairəsində baş verib.
Toy qonaqlarını daşıyan qoşqulu traktora qarşı istiqamətdə hərəkət edən digər traktor çırpılıb. Qəza nəticəsində dörd nəfər hadisə yerindəcə həlak olub. Daha üç nəfər isə aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıblar. Hadisə yerində polis və xilasetmə xidmətlərinin əməkdaşları çalışırlar.
Hüquq-mühafizə orqanlarının ilkin məlumatına görə, qəzaya təhlükəli idarəetmə tərzi səbəb olub.
Faktla bağlı araşdırma davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 06 Sentyabr 2026 17:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















