Icma.az
close
up
RU
Pakistanın Azərbaycan sevgisinin səbəbi bəlli oldu: “Birinci Dünya Müharibəsində “Osmanlı”ya qarşı…” YENİ DETALLAR KONKRET

Pakistanın Azərbaycan sevgisinin səbəbi bəlli oldu: “Birinci Dünya Müharibəsində “Osmanlı”ya qarşı…” YENİ DETALLAR KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ölkəmizdə səfərdədir və Prezident İlham Əliyevlə bəzi məsələləri müzakirə edib.

Siyasi şərhçi Əhəd Məmmədli KONKRET.az-a açıqlamasında bildirib ki, Pakistanla Azərbaycan arasında qarşılıqlı əlaqələr 1991-ci ildən başlayır:

“Pakistan Azərbaycana ən yaxın dost və qardaş ölkələrdəndir. Yəni, sözdə deyil, əməldə də bu sübut olunub. 1991-ci ildən bəri Pakistanın dəstəyini hər zaman hiss etmişik. Müstəqillik əldə etdikdən sonra qeyd-şərtsiz bizim yanımızda olublar. Pakistanda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq bu siyasi kurs davam edir. Pakistanın tarixən türklərə qarşı xüsusi sevgisi olub. Birinci Dünya Müharibəsində Osmanlı Türkiyəsinə qarşı vuruşanların əksəriyyəti Britaniyanın müstəmləkələri idi. O vaxt Hindistan yarımadasında olan müsəlmanlar türklərə güllə atmaqdan imtina etmişdilər. Dünyanın üç ölkəsi Azərbaycana görə Ermənistanla hər hansı diplomatik əlaqə qurmayıb. Onlardan biri məhz Pakistandır. İndiyə qədər Pakistanın Ermənistanla siyasi əlaqələri yoxdur. Azərbaycan ərazi bütövlüyünü təmin edəndən sonra da, İslamabad İrəvanla münasibətlər qurmur.

Eyni zamanda Pakistan müsəlman dünyasında yeganə atom bombasına sahib olan ölkədir. Pakistana Azərbaycanın münasibəti necədirsə, biz də onlara qarşı eyni münasibəti bəsləyirik. Pakistanın Kəşmir problemi var. Ona görə də, rəsmi Bakı Kəşmir problemində İslamabadla həmrəydir. Pakistanın Hindistanla heç bir diplomatik əlaqəsi yoxdur. Fələstin məsələsində də dost ölkənin Qarabağ münaqişəsində olduğu kimi, birmənalı münasibəti var. Ona görə, Azərbaycan həm də Pakistanın maraqlarını nəzərə almalıdır. Çətin vaxtlarımızda bizə dəstək nümayiş etdirən Pakistana biz də bu cür münasibət bəsləməliyik. Bütün bunlar nəzərə alınmalıdır”.

Vəli Həsənoğlu,

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://konkret.az
archiveBu xəbər 24 Fevral 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see251

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see242

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see198

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see159

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see145

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri