Icma.az
close
up
RU
Menu

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

General mayor rütbəsi alan hərbçilər kimdir?

“İlin modeli” seçildi Fotolar

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

Bu rayona yeni polis rəisi təyin edildi

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

Liqa 1: Marsel darmadağına sevindi

Birinci Dünya Müharibəsində Azərbaycanda Osmanlı Əsirləri adlı beynəlxalq elmi konfrans və sərgi keçirildi

Birinci Dünya Müharibəsində Azərbaycanda Osmanlı Əsirləri adlı beynəlxalq elmi konfrans və sərgi keçirildi

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

13 iyun 2025-ci il tarixində Xəzər Universitetinin ev sahibliyində Birinci Dünya Müharibəsində Azərbaycanda Osmanlı Əsirləri (Nargin və Azərbaycan Cəmiyyətinin Əsirlərə Yardımları ) adlı, Gürcüstan, Türkiyə, Azərbaycan və Rusiyanın arxivlərinin mövzuyla bağlı tədqiq edilməsini ehtiva edən  layihə çərçivəsində beynəlxalq elmi konfrans və nadir arxiv sənədləri, fotolardan ibarət sərgi  keçirildi. Tarix və arxeologiya departamenti ilə yanaşı TİKA və Türkiyə Məzunu İş Adamları və Ziyalılar Platformunun birgə təşkilatçılığında həyata keçirilən tədbirdə bir çox tanınmış mütəxəssis və tədqiqatçı öz məruzələri ilə çıxış etdi.

Mərmər zalda baş tutan tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamış, Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilmiş, daha sonra konfransın plenar iclasına keçilmişdir. Açılışda Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar şurasının sədri Prof. Hamlet İsaxanlı, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Prof.Dr. Birol Akgün, TİKA sədr müavini Dr. Ümit Naci Yorulmaz və layihənin əlaqələndiricisi, Türkiyə Məzunu İş Adamları və Ziyalılar Platformunun rəhbəri Dos. Telman Nüsrətoğlu çıxış edərək, həm layihənin əhəmiyyətini vurğulamış, həm də Azərbaycan ilə Türkiyə arasındakı qardaşlığın tarixi əsaslarını dilə gətirmişlərdir. Bundan əlavə musiqi və incəsənət departamentinin müdiri Zülfiyyə Sadıqovanın rəhbərliyi altında Məhsəti Cabbarova və Xəzər Universitetinin kamera orkestri tərəfindən Çanaqqala və Yəmən türküləri ifa edilmişdir. Plenar iclasın sonunda isə arxivlərdən əldə edilən tarixi kadrları ehtiva edən videoçarx nümayiş etdirilmişdir. Konfrans müddətincə Azərbaycan, Türkiyə və Gürcüstan arxivlərindən əldə edilmiş çox sayda arxiv sənədi və dövrə aid şəkillərdən ibarət foto-sərgi də qonaqlara təqdim edilmişdir.

Ümumilikdə beş paneldən ibarət olan konfransın elmi iclaslarında mövzunun  ən mühüm tədqiqatçılarından olan Atatürk Universitetinin müəllimi Prof.Dr. Betül Arslan, TİKA başkan yardımcısı Dr. Ümit Naci Yorulmaz, Azərbaycan Türk Ocağı Başkanı  Dr. Akif Aşırlı ,   məhşur ürək cərrahı , Sarıqamış Cəmiyyətinin sədri Prof.Dr. Bingür Sönməz. Dumlıpınar Universitetinin rektoru Prof.Dr.Süleyman Kızıltoprak, Mərmərə Universiteti Türkiyyat Araştırmaları İnstitutu müdiri Prof.Dr. Okan Yeşilot, Azərbaycan İdarəçilik Akademiyasının kafedra müdiri dos.Firdovsiyyə Əhmədova, Azərbaycan Pedaqoji Universitetinin müəllimi Prof.Dr. Xəqani Məmmədobv, Mərmərə Universitetinin müəllimi dos. Mehdi Gəncəli, Karabük Universitetinin müəllimi Prof.Dr. Ali Asker, BDU- nun müəllimi dos.Boran Əziz, Xəzər Universitetinin kafedra müdiri dos. Telman Nüsrətoğlu, Qaziantəp Universitetinin dosenti Sadık Çətin, Sağlık Bilimləri Universitetinin dosenti  Resul Kösə, Xəzər Universitetinin müəllimləri Dr. Söhrab Mustafayev, Dr.Ramin Fətullayev, Ceyran Məmmədova və diyər tarixçilər tərəfindən  Azərbaycan cəmiyyətinin əsirlərə yardımlarının müxtəlif istiqamətləri ,əsirlərin Nargindəki həyatı , milli komitə, cəmiyyətlər və qəzetlərin əsirlər, möhtaçlarla bağlı yardım fəaliyyətləri müxtəlif panellərdə geniş şəkildə işıqlandırılmışdır. Azərbaycan, Türkiyə və Rusiyadan gələn mütəxəsislər məsələnin tarixi, milli, hüquqi və insani tərəflərini geniş şəkildə mütaliə və izah etmişlərdir. Hər panelin sonunda çıxışçılara və tədbirdə könüllü olaraq fəaliyyət göstərən tələbələrə sertifikatlar verilmişdir. Konfransa aid tezislər və proqram öncədən çap edilmiş və gələn qonaqlara təqdim edilmişdir. Bundan başqa bu mühüm tarixi dövrü unutmamaq, Azərbaycan- Türkiyə qardaşlığının dərin tarixi təməllərini yaddaşlarda daima diri tutmaq,  onların xatirələrini əbədiləşdirmək üçün irəli sürülən aşağıdakı təkliflər konfrans iştirakçıları tərəfindən dəstəklənmişdir:

7 may “Qardaş köməyi günü”nün Türkiyə və Azərbaycan türklərinin qardaşlıq və həmrəylik günü kimi qəbul edilməsi və hər il 7 mayda tədbirlərin keçirilməsiTarixi İsmailiyyə binasının Türk dünyası mədəniyyət mərkəzi kimi fəaliyyət göstərməsi üçün müvafiq orqanlara təklif verilsin.Azərbaycan və Türkiyə dövlətçiliyi, müstəqilliyi üçün çalışan Nargin adasında həyatını itirənlər üçün sahildə bir xatirə lövhəsi qoyulsun.Hacı Zeynəlabidin Tağıyev, Ömər Faiq Nemanzadə, Dr. Hüsrev bəy Sultanov, Əhməd Cavad kimi şəxslərin adlarının Türkiyədə müxtəlif yerlərə verilməsi və bu şəxslərin tanıdılmasının təmin edilməsi üçün tədbirlər keçirilməsi.Medyada türk xalqları ilə bağlı çox sayda xəbərin hazırlanması və qardaş dövlət xalqlarının bir-birini daha yaxından tanıması üçün çalışmalar aparılması.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 17 İyun 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see185

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see184

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see156

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see154

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see139

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see135

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see131

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see130

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see129

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see129

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see126

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see126

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see125

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see124

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see124

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see124

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

07 Noyabr 2025 07:36see124

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see123

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see122

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri