Pakistanın Baş nazirinə zəng etdim ki... Dövlət başçısı
Icma.az bildirir, Avtosfer portalına istinadən.
Mən Pakistanın Baş naziri, əziz dostum Şahbaz Şərifə zəng edərək onu təbrik etdim ki, razılaşma əldə olunub. Bu, Pakistanın göstərdiyi vasitəçilik səylərinin nəticəsində baş verdi. Bu, bir daha göstərir ki, Pakistanın beynəlxalq səviyyədə böyük hörmət var. Pakistan yeganə ölkədir ki, vasitəçilik edə bildi və bu məsuliyyəti öz üzərinizə götürdü.
Avtosfer.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda ABŞ-İran münaqişəsi ilə bağlı Pakistanın rolundan danışarkən deyib.
Dövlətimizin başçısı son hadisələri və yeni gərginlikləri nəzərə alaraq bu mübarizədə atəşkəsin vacibliyini vurğulayıb və Pakistandan başqa heç bir ölkənin bu missiyanı bu dərəcədə uğurla yerinə yetirə bilməyəcəyini ifadə edib. O, həmçinin Pakistan rəhbərliyinin bu istiqamətdə göstərdiyi geniş səylərin ölkənin beynəlxalq nüfuzunu və bacarıqlarını növbəti dəfə nümayiş etdirdiyini bildirərək, bu cəhdlərin davam etdirilməsi sayəsində Yaxın Şərqə sülhün gələcəyinə əminliyini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 13 İyul 2026 12:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















