Icma.az
close
up
RU
Pakistanın Baş nazirinin səfərinin ölkələrimiz arasında əlaqələrin inkişafında böyük rolu olacaq

Pakistanın Baş nazirinin səfərinin ölkələrimiz arasında əlaqələrin inkişafında böyük rolu olacaq

Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.


"Pakistan-Azərbaycan münasibətlərinin tarixi kökləri vardır. 1969-cu ildə Qızılbaş azərbaycanlılarından olan Ağa Məhəmməd Yəhya xan Qızılbaş Pakistanın dövlət rəhbəri belə olub. Göründüyü kimi iki ölkəni tarixi bağlar bağlayır. İndinin özündə də Pakistanda Qızılbaşlar yaşayırlar.
O, Pakistanın üçüncü baş naziri olub. Pakistanın ilk türk əsilli baş naziri sayılır. Pakistanın üçüncü baş naziri Müzəffər Əli Xan Qızılbaş Pəncab əyalətinin köklü ailələrindən olan qızılbaş türkmənlərindəndir. Yəni, Azərbaycanın məşhur türkmən boylarındandır. Atası Fatih Əli Xan Qızılbaş Britaniya Hindistanının böyük mülkədarlarından biri sayılırdı.
Müasir tarixdə Azərbaycanın müstəqilliyini Türkiyədən sonra tanıyan ikinci ölkə Pakistan olub. Ölkələrimiz bu illər ərzində bir-birinə beynəlxalq arenada dəstək verib. Azərbaycan Kəşmir məsələsində Pakistanın mövqeyini həmişə müfafiə edib. Dövlət rəhbərləri də hakimiyyətdə kimin olmasından asılı olmayaraq həmişə dost və qardaşlıq münasibətlərini qoruyub saxlayıblar".
Bu fikirləri Newscenter.az-a ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov Pakistanın Baş nazirnin Azərbaycana səfərini şərh edərkən səsləndirib. O deyib ki, Pakistanın Baş naziri Şahbaz Şərif də qardaşı Nəvaz Şərif kimi Azərbaycanın həmişə yanında olan dövlət rəhbəridir:
"Pakistan daxili siyasi mübarizəyə baxmadan öncəki dövlət rəhbəri İmran Xanın
Azərbaycana 44 günlük müharibə dövründə verdiyi hərtərəfli dəstək yaddan çıxmayıb.
Bu səfərin də ölkələrimiz arasında əlaqələrin inkişafında böyük rolu olacağına şübhə yoxdur. Azərbaycan da öz tərəfindən bu inkişaf üçün əlindən gələni edir. Pakistanın müxtəlif sahələrinə milyardlarla investisiya qoyur. Bu dəfə də belə bir addım atılıb".
Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 25 Fevral 2025 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see245

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see234

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see185

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see178

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see158

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see153

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see152

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see151

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see143

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri