Icma.az
close
up
RU
Pakistanın maliyyə naziri: Ölkələrimiz arasında investisiya və ixrac axınının potensialı böyükdür

Pakistanın maliyyə naziri: Ölkələrimiz arasında investisiya və ixrac axınının potensialı böyükdür

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

Pakistan İslam Respublikasının maliyyə naziri Muhammad Aurangzebin APA-ya müsahibəsi.

- Pakistan Azərbaycanın təsisçisi olduğu İqlim Maliyyəsi üzrə Fəaliyyət Fonduna (İMFF) vəsait ayırmağı düşünürmü?

- COP29 çox möhtəşəm tədbirdir. İqlim dəyişmələrinə qarşı tədbirlər görmək baxımından götürülən öhdəliklər heyrətamizdir. Pakistan iqlim dəyişmələrinə həssaslıq göstərən ölkələrdən biridir. İldən-ilə iqlimə dayanıqlığı və karbonsuzlaşdırma məsələlərinə sadiqliyimizi daha da artırırıq. İqlim dəyişmələri üzrə nazirimiz Romina Xurşid Alam da COP29 konfransında iştirak edir. O, bu mövzuda bütün təşəbbüslərə rəhbərlik edir. Baş nazir Şahbaz Şərif də konfransda iştirak edib. Biz iqlim dəyişmələrinə qarşı mübarizəni artırmağa tam sadiqik.

- Pakistanın Azərbaycana birbaşa investisiya planları varmı?

- Bu, iki ölkə arasında araşdırma predmetidir. Hər iki ölkənin sərmayə qoyula bilən, maliyyələşdirilə bilən layihələrə açıq perspektivləri var. Biz hazırda bu istiqamətdə işləyirik. Biz ölkəyə sərmayə qoymaq üçün düzgün imkanlar axtarmalıyıq. Hesab edirəm ki, maliyyə və investisiya nöqteyi-nəzərindən indi iki ölkə arasında imkanlarımız böyükdür. Azərbaycan Prezidenti cənab İlham Əliyev Pakistanda olarkən 2 milyard dollarlıq investisiya yatırılacağı barədə bildirmişdi. Beləliklə, iki ölkə arasında investisiya və ixrac axınının potensialı böyükdür.

- Pakistanın Azərbaycanda bankı var idi, amma bağlanıb. Ölkələrin Bank açmaq planları barədə nə deyə bilərsiniz?

- Pakistan ölkəyə gələn bankları alqışlayır. Pakistan bank sistemi iki ölkə arasında investisiya və ticarət axınlarını dəstəkləmək üçün nə lazımdırsa təmin edə bilər. Çünki bankçılıq ticarət və investisiya axınlarını asanlaşdırır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:53
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 14 Noyabr 2024 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see1967

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see257

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see241

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see233

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see213

DİN “9990” və “7770” ilə bağlı məlumat yaydı

14 Noyabr 2025 18:29see210

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

15 Noyabr 2025 20:59see187

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see186

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see163

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see163

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

15 Noyabr 2025 04:25see153

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı AÇIQLAMA

14 Noyabr 2025 23:10see153

Damarları tıxananlar bu qidalardan imtina etsin

14 Noyabr 2025 20:33see151

Bu qidalar bağırsaq xərçənginin düşmənidir

14 Noyabr 2025 20:08see150

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see149

1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 min manatlıq gül aldı Fuad Hacıyevin keçmişi və biznes fəaliyyəti

15 Noyabr 2025 00:07see134

2026 cı ildə dünyanın hansı bölgələrində müharibə gözlənilir?

15 Noyabr 2025 16:37see134

Hələ də inana bilmirəm

15 Noyabr 2025 23:29see132

“9990” və “7770” dən gələn zəng təhlükəlidir? RƏSMİ

14 Noyabr 2025 18:36see128

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri