Azərbaycanla Pakistanın hərbi sənaye kompleksləri arasında əlaqələrin genişləndirilməsi müzakirə olunub
Operativmedia saytından alınan məlumata görə, Icma.az bildirir.
Müdafiə Sənayesi Nazirliyindən "Operativ Media"a verilən xəbərə görə, nazir müavini müxtəlif ölkələrin hərbi sənaye məhsullarının nümayiş edildiyi stendlərlə tanış olub.
Sərgi çərçivəsində M.Baxışov Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədr müavini İhsan Kaya, Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirza, Pakistanın Strateji Planlar Departamentinin Baş direktoru general-leytenant Yusuf Camal və digər dövlət rəsmiləri, eləcə də özəl şirkətlərin nümayədələri ilə görüşüb.
Görüşlərdə mövcud əməkdaşlığın inkişaf perspektivləri, həmçinin hərbi sənaye kompleksləri arasında əlaqələrin genişləndirilməsinə dair müzakirələr aparılıb.


