Icma.az
close
up
RU
Pakistanın bu ərazilərini ələ keçirdik: Əfqanıstan MN

Pakistanın bu ərazilərini ələ keçirdik: Əfqanıstan MN

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Pakistan və Əfqanıstan arasında döyüşlər səngiyib.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, saat 01.00 radələrində Əfqanıstanın paytaxtı Kabildə çox sayda böyük partlayışlar baş verib.

Əfqanıstanın Müdafiə Nazirliyi 55 pakistanlı əsgərin öldürüldüyü, iki baza və 15 mövqenin ələ keçirildiyi haqda məlumat yayıb.

Məlumatda qeyd edilir ki, bu hücumlar Pakistanın hərbi qüvvələrinə qarşı “Durand xətti” boyunca, Paktika, Paktia, Xost, Nanqarhar, Kunar və Nuristan əyalətlərinin yaxınlığında həyata keçirilib.

Talibanın mətbuat katibi Zabiullah Mücahid Pakistan tərəfinin iki korpus qərargahı, üç briqada qərargahı, iki silah-sursat anbarı, bir logistika bazası, üç batalyon qərargahı, iki sektor qərargahı və 80-dən çox tank, artilleriya və zirehli transportyorunun məhv edildiyini deyib.

O, Əfqanıstanda tərəfdə itkilərin olduğunu etiraf edib: “Nanqarharda 8 Taliban döyüşçüsü ölüb, 11-i isə yaralanıb. Bundan əlavə, 13 mülki şəxs də yaralanıb”, – Mücahid bildirib.

Pakistan hökumətinin xarici media ilə əlaqələr üzrə mətbuat katibi Müşarraf Zaydi isə öz növbəsində hərbi əməliyyatlar nəticəsində 133 Taliban döyüşçüsünün öldürüldüyünü, 200-dən çoxunun yaralandığını bildirib.

“Bu rəqəm hələ tam deyil, çünki Kabil, Paktia və Qandaharda hədəf alınan hərbi obyektlərə dair nəticələr qiymətləndirilir”, – o qeyd edib.

Zaydi, həmçinin sərhəddə 27 Taliban mövqeyinin məhv edildiyini, 9 mövqeyin isə ələ keçirildiyini bildirib.

Rəsmi İslamabad 2021-ci ildə Əfqanıstanda hakimiyyətin dəyişməsindən sonra Kabildən terror təşkilatı kimi tanıdığı Pakistan Talibanı (TTP) məsələsində tədbir görməsini tələb edir. Əfqanıstan isə TTP-nin öz torpaqlarında fəaliyyət göstərmədiyini bəyan edir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 Fevral 2026 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see462

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see300

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see299

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see293

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see271

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see239

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see236

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see223

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see223

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see216

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see215

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see213

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see211

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see206

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see203

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see202

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see195

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see190

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see185

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri