Pakistanlı analitik: Qarabağın bərpası tikinti sahəsinə xarici investisiyaların axınına güclü təkan verir ŞƏRH
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 23 dekabr, Leyla Muradzadə, AZƏRTAC
Azərbaycanın coğrafi mövqeyi ölkənin ən mühüm strateji üstünlüyüdür. Azərbaycan Çin və Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Avropa ilə birləşdirən Orta Dəhlizin əsas dayağıdır. Ukraynadakı müharibədən və bunun ardınca Moskvaya qarşı tətbiq olunan sanksiyalardan sonra Orta Dəhlizdə yükdaşımaların həcmi eksponensial artım nümayiş etdirib ki, bu da “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Azərbaycanın statusunu yüksəldib.
Bunu AZƏRTAC-a açıqlaması zamanı Avrasiya əlaqələri, resurs diplomatiyası və dayanıqlı inkişaf üzrə ixtisaslaşan, geoiqtisadiyyat üzrə pakistanlı analitik və politoloq İmran Bhatti bildirib.
Ekspertin sözlərinə görə, Bakı artan tranzit axınlarının emalı məqsədilə Ələt limanının və dəmir yolu şəbəkəsinin modernləşdirilməsinə milyardlarla vəsait yatırıb. Bu nəqliyyat əlaqələri strategiyası təkcə tranzitdən gəlir əldə olunmasına deyil, eyni zamanda Azərbaycanın dünyanın aparıcı iqtisadi güclərinin təchizat zəncirlərinə dərin inteqrasiyasına xidmət edir və bununla da ölkə üçün müəyyən geosiyasi təhlükəsizlik səviyyəsini formalaşdırır.
Pakistanlı analitik Azərbaycanın xarici siyasətinə də toxunaraq qeyd edib ki, ölkə rəqabət aparan böyük dövlətlərlə məhsuldar münasibətləri qorumaqla yanaşı, praqmatik çoxtərəfli xarici siyasət yürüdür.
“Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır və ümumi ticarət dövriyyəsinin təxminən 65 faizi onun payına düşür. Tərəflər arasında münasibətlər əsasən enerji sahəsində əməkdaşlığa söykənir, lakin nəqliyyat və bərpaolunan enerji sahələrini də əhatə edəcək şəkildə genişlənir. Müəyyən çətinliklərə baxmayaraq, Bakı Moskva ilə funksional münasibətləri saxlayır, bu münasibətlər öz maraqlarını qorumaqla yanaşı, qarşıdurmadan yayınmağa yönəlmiş ehtiyatlı diplomatiya ilə səciyyələnir”, – deyə politoloq vurğulayıb.
İmran Bhatti bildirib ki, “Bir millət, iki dövlət” devizi ilə xarakterizə olunan Türkiyə ilə müttəfiqlik Azərbaycanın xarici siyasətinin təməl sütunlarından biridir. Ankara Azərbaycana mühüm diplomatik dəstək göstərir ki, bu da İkinci Qarabağ müharibəsi zamanı özünü aydın şəkildə göstərib: “Azərbaycan İsraillə də möhkəm strateji tərəfdaşlıq münasibətləri saxlayır. Bu əməkdaşlıq müdafiə sahəsində əhəmiyyətli qarşılıqlı fəaliyyət və enerji resurslarının ticarətini əhatə edir. Eyni zamanda Xəzərin hər iki sahilində yerləşən türk dövlətləri ilə qarşılıqlı əlaqələr logistika və enerji resurslarının tranziti istiqamətində daha da güclənib”.
Ekspert vurğulayıb ki, perspektivdə Azərbaycan bir neçə strateji imkandan yararlanmaq üçün bütün potensiala malikdir.
“Orta Dəhlizin inkişafı fonunda Azərbaycan tranzit marşrut ölkəsindən logistik və istehsal mərkəzinə çevrilə, öz ərazisindən keçən mallara əlavə dəyər qata bilər. Eyni zamanda Xəzər dənizinin böyük külək enerjisi potensialı Azərbaycanın gələcəkdə Avropa İttifaqı üçün bərpaolunan enerjinin mühüm təchizatçılarından birinə çevrilməsinə imkan yaradır və enerji gəlirlərinin uzunmüddətli sabitliyini təmin edə bilər. Bununla yanaşı, Qarabağın bərpası güclü iqtisadi stimul formalaşdırır, tikinti, kənd təsərrüfatı və turizm sahələrinə birbaşa xarici investisiyaların cəlb olunması üçün geniş imkanlar açır”, – deyə İmran Bhatti yekunda söyləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 23 Dekabr 2025 18:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















