Icma.az
close
up
RU
Pakistanlı ekspert: Minsk qrupunun ləğvi Azərbaycan Ermənistan münasibətlərində yeni mərhələ açır

Pakistanlı ekspert: Minsk qrupunun ləğvi Azərbaycan Ermənistan münasibətlərində yeni mərhələ açır

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 9 sentyabr, AZƏRTAC

2025-ci il sentyabrın 1-dən etibarən ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması tarixi addım olmaqla bərabər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdığını göstərən bir amildir. Keçmiş Qarabağ münaqişəsi artıq bitdiyi üçün bu qrupa ehtiyac qalmayıb.

Bu sözləri AZƏRTAC-a məxsusi açıqlamasında Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin (CGSS) icraçı direktoru Xalid Taimur Akram deyib.

O vurğulayıb ki, rəsmi Bakı bu qrupu dəfələrlə səmərəsiz və köhnəlmiş institut adlandırıb, onun Azərbaycan–Ermənistan sülh danışıqlarında vasitəçi rolunu rədd edib. Azərbaycan Respublikası və Ermənistan Respublikası Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Prosesinin bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə ünvanladıqları birgə müraciət, həmçinin Minsk qrupunun rəsmi şəkildə ləğvi açıq şəkildə göstərdi ki, real diplomatiya durğun vasitəçilik strukturlarının formal səylərindən üstündür.

“Diplomatik liderliyi ilə Azərbaycanla Ermənistan arasındakı ziddiyyətlərin aradan qaldırılmasında və dostluq münasibətlərinin qurulmasında həlledici rol oynayan Prezident İlham Əliyev bu yeni mərhələnin də mərkəzindədir. Onun qətiyyətli və uzaqgörən siyasəti onilliklər boyu davam edən düşmənçiliyin real tərəqqiyə çevrilməsinə imkan yaratdı və nəticədə Minsk qrupunun fəaliyyətinə son qoyan sülh sazişlərinin əldə edilməsinə şərait yaratdı”, - deyə pakistanlı ekspert bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:67
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Sentyabr 2025 18:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see289

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see170

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see165

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see152

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see146

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri