Icma.az
close
up
RU
Pakistanlı iqlim fəalı: COP29 iqlim dəyişikliyi ilə mübarizədə gənc nəslin fəallığına təkan verir AZƏRTAC

Pakistanlı iqlim fəalı: COP29 iqlim dəyişikliyi ilə mübarizədə gənc nəslin fəallığına təkan verir AZƏRTAC

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 20 noyabr, AZƏRTAC

İqlim dəyişikliyi məsələlərinin daha geniş yerli icmalar tərəfindən idarə edilməsi vacibdir. COP29-da iqlim siyasətinin hazırlanmasında yerli icmaların iştirakının artırılması əsas gözləntimdir. İqlim dəyişikliyinin ağır təsirlərini birbaşa yaşayan insanlar məhz yerli icmalardır. Təəssüf ki, bu icmalar qərar qəbuletmə proseslərində tez-tez nəzərə alınmır və kənarda qalırlar.

Bu fikirləri COP29 çərçivəsində ölkəmizə gələn Pakistanın şimalında yerləşən “Globalist” icmasından yerli iqlim fəalı və Dağ və Buzlaq Mühafizə təşkilatçısı Didar Ali AZƏRTAC-a açıqlamasında söyləyib.

O, həmçinin “İtki, Zərər və Ziyan Fondu”nun (iqlim maliyyəsi) yerli icmalara birbaşa çatdırılmasının əhəmiyyətini qeyd edib. D.Ali bu fonddan istifadənin effektivliyini təmin etmək üçün beynəlxalq tədbirlərdə, o cümlədən COP29-da ölkələrin öhdəliklərinin yalnız formal olaraq qəbul edilməsi ilə kifayətlənməməsinin vacibliyini vurğulayıb: “Bu öhdəliklər çox zaman konkret tədbirlərlə nəticələnmir. Yerli icmalar üçün fəal və nəticə yönümlü addımlar atılması olduqca vacibdir ki, iqlim dəyişikliyi ilə mübarizə real şəkildə həyata keçirilə bilsin”.

İqlim fəalı, COP29-un yüksək səviyyədə təşkilini xüsusi vurğulayaraq, tədbir zamanı könüllülərin fəaliyyətini diqqətəlayiq hesab edib: “Şəhərdəki könüllülər bizə metro stansiyalarından tutmuş, mehmanxanalara və küçələrə qədər hər yerdə kömək edirlər. Bu cür diqqətli təşkilati işlər tədbirin müvəffəqiyyətinə böyük töhfə verir”.

Didar Ali yerli gənclərin səsini duyurmağa yönəlmiş fəaliyyətlərini də əhəmiyyətli hesab edib, COP29-un gənc nəsil üçün bir platforma yaradaraq onların iqlim dəyişikliyi ilə mübarizə sahəsindəki fəallığına təkan verdiyini söyləyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:53
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Noyabr 2024 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see147

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see131

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see127

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri