Icma.az
close
up
RU
Pakistanlı professor özünün Nizaminin ziyarətilə bağlı 40 illik arzusunu gerçəkləşdirdi

Pakistanlı professor özünün Nizaminin ziyarətilə bağlı 40 illik arzusunu gerçəkləşdirdi

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Şərqşünas və ədəbiyyatşünas alim, Pakistanın Lahor Universitetinin professoru, doktor Arif Nouşahidahi şairimizin irsi ilə əyani təmas məqsədilə Gəncədə tədqiqat-yaradıcılıq səfərində olub.

525.az-ın bölgə müxbiri xəbər verir ki, alim AMEA-nın Gəncə Bölməsində bu elm ocağının əməkdaşları ilə görüşüb.

Pakistanlı qonağı salamlayarkən, Bölmənin sədri, AMEA-nın Rəyasət heyətinin üzvü, Gəncə Ziyalılar Cəmiyyətinin rəhbəri, akademik Fuad Əliyev qardaş ölkənin elm aləminin tanınan nümayəndələrindən olan professor Arif Nouşahini Gəncə torpağında, dahi Nizaminin yurdunda görməkdən məmnun olduğunu  bildirib. O, Azərbaycan ilə Pakistanın tarixin sınağına söykənən möhkəm dostluğu haqda fikirlərini söyləyərək, XX əsrin əvvəllərində Pakistanda yoluxucu xəstəlik səbəbindən ciddi problemlər yarananda böyük xeyriyyəçimiz Hacı Zeynalabdin Tağıyevin ora xeyli dərman və tibb vasitələri alıb göndərdiyini, eləcə də həmin əsrin sonlarında, 1991-ci ildə Azərbaycanı Respublikasını ilk tanıyan dövlətlərdən birinin məhz Pakistan İslam Respblikası olduğunu xatırladıb, xüsusən də 44 günlük Vətən müharibəsində öz suveren torpaqlarını, doğma Qarabağını azad edərək Böyük Zəfərə nail olmuş Azərbaycanın yanında Türkiyə və Pakistanın olduğunu böyük qürur hissi ilə vurğulayıb.

Akademik Fuad Əliyev qardaş ölkələrimiz arasında elmi-mədəni əlaqələrin genişləndirilməsinə ziyalıların daha fəal şəkildə töhfələr vermələrinin vacibliyinə toxunub.  Bu baxımdan o, AMEA-nın Gəncə Bölməsinin, o cümlədən onun  Nizami Gəncəvi Mərkəzinin beynəlxalq elmi əlaqələrinin daha da genişləndirilməsini həmin Mərkəzin görüşdə iştirak edən əməkdaşlarına tövsiyə edib.

Bölmənin sədri həmçinin Azərbaycan Pespublikası Prezidenti cənab İlham Əliyevin müvafiq   Sərəncamları ilə Nizami Gəncəvinin 870 və 880 illik yubileylərinin keçirilməsi, eləcə də 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsini möhtəşəm hadisələr kimi xarakterizə edərək, Gəncə alimlərinin də bu əlamətdar tarixlərlə bağlı elmi və yaradıcı fəaliyyət baxımından samballı töhfələr verdiklərini diqqətə çatdırıb, bu xüsusda Əməkdar elm xadimi, professor, sözügedən Mərkəzin ilk rəhbəri mərhum Xəlil Yusiflinin xidmətlərini xüsusi vurğulayıb.

AMEA-nın Gəncə Bölməsində bu şəhərin tarixində ilk dəfə olaraq, Nizami Gəncəvini irsinin tədqiqatları üzrə “Nizamişünaslıq” jurnalının təsis edildiyi və həmin elmi nəşrin mütəmadi işıq üzü gördüyü də qonağın diqqətinə çatdırılıb.

Professor Arif Nouşahi yüksək qəbula və həssas münasibətə görə AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyevə dərin minnətdarlıq bildirib.

Professor Arif Nouşahi öz tədqiqatlarının istiqamətinin əsasən farsdilli ədəbiyyat mövzusunun təşkil etdiyini qeyd edib, bu baxımdan səfərinin məqsədinin Azərbaycanın böyük şairi və filosofu, əsərlərini fars dilində yazmış Nizami Gəncəvinin irsi ilə təmas arzusu olduğuna diqqət çəkib.

Görüş zamanı filologiya üzrə fəlsəfə doktoru, nizamişünas Əlimuxtar Muxtarov dünya xalqlarında farsdilli ədəbiyyat anlayışının olduğu kimi, o dövrdə farsdilli Azərbaycan ədəbiyyatının da mövcudluğunu və Nizami Gəncəvinin əsərlərinin farsca yazıldığını qeyd edib və  Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsində  son illər, xüsusilə də “Nizami Gəncəvi İli”ndə şairin həyat və yaradıcılığı, milli mənsubiyyəti, ideya və idealları, onun sələfləri və xələfləri kimi istiqamətlərdə çoxsaylı kitablar, elmi məqalələr nəşr olunduğuna diqqət çəkib.

Qonağa hədiyyə olaraq, dahi mütəfəkkirin yaradıcılığı ilə bağlı Gəncədə nəşr edilən monoqrafiya və jurnallar təqdim edib. Görüşdə gələcək əməkdaşlıqla bağlı müzakirələr də aparılıb.

Doktor Arif Nouşahi xalqlarımızın, hər iki dövlətin rəhbərlərinin dostluq, qardaşlıq münasibətlərindən, Pakistan kitabxanalarında böyük Azərbaycan şairi Nizami Gəncəviyə bu və ya digər şəkildə aidiyyəti olan  əlyazmaların mövcudluğundan söhbət açıb və ölkəsində çap edilən “Məxzənül əsrar” (“Sirlər xəzinəsi”) məsnəvisinə yazılan nəzirələr” kitabını və digər tədqiqatlarını bölməyə hədiyyə edib.

Professor Arif Nouşahi Gəncə Bölməsində yaradılmış Əlişir Nəvai adına Özbək dili və Mədəniyyəti Mərkəzi ilə də tanış olub.

Daha sonra qonaq bölmə əməkdaşlarının müşayiəti ilə dahi şairin məqbərəsini, həmçinin Nizami Gəncəvi Muzeyini ziyarət edib.

“Nizami Gəncəvinin ideyaları tarixin bütün dövrlərində müasir olub, bəşəriyyətə sevgi, doğru yol aşılayıb. Nizami Gəncəvini ayrı-ayrı xalqlar öz tərəflərinə çəkməyə çalışsalar da, Azərbaycan, Gəncə onun doğma yurdudur. O, gəncəlidir. Həkim Nizaminin Gəncəsində, məqbərəsində onun böyük elm, əxlaq alimi olduğunu, ruhunu, ruhaniyyətini duymamaq qeyri-mümkündür. Onun yaradıcılığı bütövlükdə sirlər xəzinəsidir. Nizami Gəncəvini bu şəhərdə ziyarət etmək mənim 40 ildən çox arzuladığım ən böyük niyyətlərdən biri idi. Nizaminin Vətənində özümü çox xoşbəxt hiss edirəm”, - deyə o vurğulayıb.

Səfər çərçivəsində həmçinin  “İmamzadə” dini-memarlıq kompleksi, şəhərin müxtəlif tarixi abidələri ziyarət olunub.

Zakir Muradov,

Gəncə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://525.az
archiveBu xəbər 16 Sentyabr 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see515

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see238

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see228

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see215

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see213

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see209

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see199

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see189

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see189

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see186

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see184

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see163

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see161

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see158

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see155

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see151

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see145

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see144

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri