Icma.az
close
up
RU
“Palata, qiymətləndiricilərin peşəkar inkişafını dəstəkləyəcək” Nüsrət İbrahimov AzPolitika onlayn siyasiictimai qəzet

“Palata, qiymətləndiricilərin peşəkar inkişafını dəstəkləyəcək” Nüsrət İbrahimov AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1052-VIQ nömrəli Qanunun icrası çərçivəsində 9 müxtəlif istiqamətlər üzrə imtahanların keçirilməsi Dövlət İmtahan Mərkəzinə həvalə edilib. 27 oktyabr 2024-cü il tarixində bu imtahanların ilk mərhələsi uğurla təşkil edilib və nəticə olaraq 106 qiymətləndirici müvafiq sahələrdə yüksək nəticə göstərərək, peşəkar qiymətləndirici kimi fəaliyyət göstərmək hüququ qazanıblar”.

Bunu “AzPolitika”-ya açıqlamasında Azərbaycan Respublikası Qiymətləndiricilər Palatasının sədri Nüsrət İbrahimov bildirib.

Onun sözlərinə görə, yuxarıda göstərilən qanundan irəli gələn təşkilati məsələlərin icrası Təşkilat Komitəsinə (İqtisadiyyat və Maliyyə nazirliklərinin nümayəndələri) tapşırılıb və komitənin təşkilatçılığı ilə 30 noyabr 2024-cü il tarixdə Qiymətləndiricilər Palatasının təsis yığıncağı keçirilib: “Yığıncağın nəticəsi olaraq 102 nəfərdən ibarət üzv, qapalı səsvermə yolu ilə 9 nəfərdən ibarət Rəyasət Heyəti, 5 nəfərdən ibarət İntizam Komissiyasını seçib. Azərbaycan Respublikası Qiymətləndiricilər Palatasının Sədri vəzifəsinə Nüsrət İbrahimov, müavinlər Günay İsmayılqızı və Ayan Qəmbərova, İntizam komissiyasının sədri isə Nahid Həsənov seçiliblər”.

N.İbrahimov qey edib ki, yeni yaradılan təşkilatın qarşısında qanundan irəli gələn vəzifələr qoyulub və hazırda seçilmiş rəhbər üzvlər tərəfindən fəaliyyət və normativ sənədlər üzərində iş aparılmaqla yanaşı, qiymətləndiricilərin növbəti konfransına hazırlıq işləri aparılır. “Palatanın ilk konfransı 21 dekabr 2024-cü il tarixində keçiriləcək. Konfransda qiymətləndirmə sahəsinin inkişafı, qarşıda duran məqsədlər və bu sahənin gələcəyi ilə bağlı ətraflı müzakirələr aparılacaq”, - o əlavə edib.

Palata sədri vurğulayıb ki, bu addımlar, Azərbaycanın qiymətləndirmə sistemini beynəlxalq standartlara uyğunlaşdırmaq, daha keyfiyyətli xidmətlərin təmin olunmasına şərait yaratmaq və sektorda davamlı inkişafı təmin etmək məqsədini güdür. “Palata, qiymətləndiricilərin peşəkar inkişafını dəstəkləyəcək, onların bilik və bacarıqlarını təkmilləşdirmək üçün müxtəlif təlimlər və inkişaf proqramları təşkil edəcək. Bu təşəbbüslər, ölkənin müxtəlif iqtisadi sahələrində daha müasir, effektiv və şəffaf qiymətləndirmə fəaliyyətinin həyata keçirilməsinə mühüm töhfə verəcək”, - Nüsrət İbrahimov yekunlaşdırıb.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 16 Dekabr 2024 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see238

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see228

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see172

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see166

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see150

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see146

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see139

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see135

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see135

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see134

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see125

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see124

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see123

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see122

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see121

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see121

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see121

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see120

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see119

Ferhat Göçer Bakıda!

18 Oktyabr 2025 17:07see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri