Icma.az
close
up
RU
Tələbələr üçün verilən endirim kartları gənclərin işinə nə qədər yarayır? Ekspert AÇIQLADI

Tələbələr üçün verilən endirim kartları gənclərin işinə nə qədər yarayır? Ekspert AÇIQLADI

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“TələbəPlus” kartı Azərbaycanda tələbələr üçün nəzərdə tutulmuş əsas sosial dəstək vasitələrindən birinə çevrilib. “TələbəPlus” kart layihəsi bütün ölkə üzrə tələbələrin eyni güzəşt və endirimlərdən yararlanmalarını təmin etmək, eyni zamanda onların sosial həyatlarına dəstək göstərmək məqsədi daşıyır.  Bu kart vasitəsilə tələbələr müxtəlif mağaza, tədris mərkəzi, restoran və əyləncə yerlərində endirimlərdən yararlana bilirlər. Kartın məqsədi tələbələrin xərclərini azaltmaq və gündəlik həyatlarını bir qədər asanlaşdırmaqdır.

Amma reallıq göstərir ki, kartın təklif etdiyi güzəştlərin böyük əksəriyyəti tələbələrin əsas gündəlik ehtiyacları olan nəqliyyat, yemək, kirayə və kommunal xidmətlərini əhatə etmir. Əvəzində endirimlər daha çox epizodik və əlavə xərclərə yönəlib. Məsələn, layihəyə əsasən, “İşıq İnkişaf Mərkəzi”ndə 50%-dək, “Apply Uni”də 20-50%, "Strauss press" MMC-də 25%, "Qədim Qala" MMC-də 25%, “Kolorit”də 7%, “Almond Cake”də 5%, “INSUN Yaşam Mərkəzi”ndə 10%, “Pak Xalça”da 10% və “STI Travel”də 50%-dək eksklüziv səyahət paketi endirimindən istifadə etmək mümkündür. Halbuki bu yerlərə tələbələrin çoxu hər gün üz tutmur. Hər gündən də əlavə, bəzi məkanlardakı endirim faizləri də tələbələrə bu yerlərə getməməməyə əsas verir. Bu da göstərir ki, “TələbəPlus” kartı hələ də tələbələrin gündəlik sosial dəstək ehtiyaclarını tam ödəyə bilmir.

Məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndi Avtosfer.az-a açıqlamasında bildirib ki, sözügedən kartlarda tələbələrin təlabatına uyğun güzəştlər edilsə, daha faydalı və uyğun olar:
“Həmin kartlar, daha çox nəqliyyat və ən azı kirayə ödənişləri, həmçinin kitabxanalardan istifadə üçün nəzərdə tutulmalıdır. Amma indiki halda, endirimlər restoranlarda və digər bənzər məkanlarda tətbiq olunur. Tələbələrin daha çox istifadə etdiyi və onlara lazım olan resurslar internet xidmətləri olardı. Bu istiqamətlərdə endirimlərin tətbiqi daha məntiqli və uyğun olardı. Lakin hazırda görülən odur ki, endirimlər bəzi istiqamətlərdə tətbiq olunur, amma tələbələrin həqiqətən ehtiyacı olan sahələrdə deyil. Məsələn, Avropa ölkələrinə baxsaq, bir çoxunda tələbələr üçün verilən endirim kartları nəqliyyat üçün istifadə olunur. Həmçinin kartlarda limit təyin olunur. Məsələn, bir kartda 37 gediş nəzərdə tutulub və tələbə həmin 37 gedişdən endirimlə istifadə edə bilər. Əgər limitdən artıq istifadə edirsə, əlavə ödəniş ödəyir. Belə imkanlar tələbələr üçün daha faydalı və uyğun olar”.
Nurcan Babək

Oxunub 40

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 30 Yanvar 2026 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see494

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see222

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see207

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see203

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see202

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see196

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see193

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see186

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see186

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see182

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see179

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see176

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see170

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see168

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see152

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see150

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see148

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see148

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see148

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri