Palmer yuxudan oynanandan sonra onu meydana buraxmağımı xahiş etdi Entso Mareska
Icma.az, Fanat saytına istinadən bildirir.
"Çelsi"nin baş məşqçisi Entso Mareska komandasının hücumçusu Koul Palmerin İngiltərə Premyer Liqasının 28-ci turu çərçivəsində dünən "Lester"ə qarşı keçirdikləri matçda (1:0) meydana xəstə halda çıxdığını açıqlayıb.
Fanat.Az xəbər verir ki, onun sözlərini "zadəganlar"ın rəsmi saytı belə çatdırıb:
"Koul oyundan öncə məşq etməmişdi. Gecə vəziyyəti yaxşı deyildi, ona görə də məşqə qatılmadı. İki gün idi ki, özünü pis hiss edir, qızdırmadan əziyyət çəkirdi. Amma Palmer oyun günü yuxudan oyanandan sonra məndən onu meydana buraxmağımı xahiş etdi. Çünki komandasının Çempionlar Liqasında oynamasına yardımçı olmaq istəyir. Bu fakt oyunçuların klublarını haqq etdikləri yüksəkliklərə daşımağa necə can atdıqlarına sübutdur".
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 10 Mart 2025 18:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















