Icma.az
close
up
RU
Paltarın rəngini itirməməsi üçün necə yumaq olar?

Paltarın rəngini itirməməsi üçün necə yumaq olar?

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Britaniyanın Lids Universitetinin alimləri paltarların rəngini daha uzun müddət qorumağın ən effektiv yolunu müəyyən ediblər. 
Demokrat.az xəbər verir ki, “Popular Mechanics”in məlumatına görə, ən doğru seçim ən soyuq və ən qısa yuma rejimidir.
Tədqiqat zamanı alimlər onlarla futbolkadan istifadə ediblər. İlk mərhələdə paltaryuyan maşınlar boş işlədilib ki, içəridə təsadüfi mikrohissəciklər qalmasın. Daha sonra yuma prosesi zamanı yaranan bütün mikro liflər və boyaq maddələri toplanaraq analiz edilib.
Alimlər yuma suyunu buxarlandıraraq qurudub və əldə olunan qalıqları ölçüblər. Həmçinin parçaların rəng sabitliyi xüsusi “qəbul edən” (receiver) parça nümunələri üzərində yoxlanılıb – yuma əvvəlində və sonra rəng dəyişimi müqayisə edilib.
Nəticələr göstərib ki, yuma temperaturu və müddəti artdıqca rəng itkisi də artır.
“Cotton Short” rejimi (40°C, 85 dəqiqə) ilə müqayisədə “Cold Express” (soyuq su, 30 dəqiqə) rejimində rəng itkisi xeyli az olub. Tədqiqatçılar bildiriblər ki, real şəraitdə daha uzun və isti yuma dövrləri rəngin daha sürətli solmasına səbəb olur.
Bundan başqa, alimlər qeyd ediblər ki, yuma zamanı boyaq maddələrinin digər parçalara keçməsi də artır və bu, xüsusilə ağ və açıq rəngli geyimlərdə ləkələnmə və bozarma yaradır.
Nəticə olaraq, tədqiqat müəllifləri vurğulayırlar ki, yuma vaxtını və temperaturunu azaltmaq yalnız paltarın rəngini qorumağa deyil, həm də ətraf mühitə təsirin azalmasına kömək edir. Bu, mikroplastiklərin su sisteminə qarışmasını, yuyucu vasitə tullantılarını və karbon izini azaldır.
Jalə
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 26 Aprel 2026 19:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see356

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see325

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see316

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see316

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see301

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see287

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see283

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see266

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see257

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see248

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see247

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see238

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see228

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see221

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see211

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see192

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see191

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see183

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri