Icma.az
close
up
RU
Paltaryuyan maşındakı bu rejimi hamı səhv başa düşür Əslində nə üçündür?

Paltaryuyan maşındakı bu rejimi hamı səhv başa düşür Əslində nə üçündür?

Lent az saytına istinadən Icma.az xəbər verir.

Müasir paltaryuyan maşınlarda onlarla müxtəlif yuma proqramı olsa da, onların arasında istifadəçilərin ən çox yanlış anladığı rejimlərdən biri "Asan qulluq" (Easy Care) proqramıdır.

Lent.az xəbər verir ki, bir çox insan bu rejimin ipək və digər ən zərif parçalar üçün nəzərdə tutulduğunu düşünsə də, mütəxəssislər bunun doğru olmadığını bildirirlər. Əslində "Asan qulluq" proqramı adi parçalardan daha həssas olan, lakin xüsusi zərif yuma tələb etməyən geyimlər üçün hazırlanıb.

Bu rejim əsasən aşağıdakı parçalar üçün uyğundur:

polyester;
poliamid;
akril;
pambıq və sintetik qarışığından hazırlanan parçalar;
ayrıca idman geyimi proqramı olmayan maşınlarda sintetik idman geyimləri.

Bu proqram köynək, bluz, nazik şalvar, sintetik üst geyimləri və tez qırışan paltarların yuyulması üçün daha münasib hesab edilir. Mütəxəssislər bildirirlər ki, yun, ipək, krujeva və çox zərif alt paltarları bu rejimdə yuyulmamalıdır. Belə geyimlər üçün "Yun" və ya "Zərif yuma" proqramlarından istifadə etmək tövsiyə olunur. "Asan qulluq" rejiminin əsas üstünlüyü parçaya daha həssas yanaşmasıdır. Bu proqramda baraban daha az mexaniki hərəkət edir, sıxma dövrlərinin sürəti aşağı olur və yaxalama zamanı daha çox sudan istifadə edilir. Nəticədə paltarların qırışması və zədələnməsi riski azalır. Bununla yanaşı, bu proqram digər rejimlərlə müqayisədə daha az qənaətcildir və daha çox su sərf edə bilər. Mütəxəssislər daha bir vacib məqama diqqət çəkirlər: bu rejimdən istifadə edərkən barabanı həddindən artıq doldurmaq olmaz. Ən yaxşı nəticə əldə etmək üçün paltaryuyan maşına təxminən 3 kiloqram paltar yükləmək məsləhət görülür. Bu halda proqram geyimlərə həqiqətən də zərif qulluq göstərə bilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://lent.az
archiveBu xəbər 26 İyul 2026 19:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see443

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see335

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see314

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see307

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see291

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see291

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see281

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see262

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see246

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see241

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see223

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see222

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see213

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see212

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see209

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see200

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see198

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see194

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see194

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri