Icma.az
close
up
RU
Pambıq istehsalı artıb Bu rayonlar liderdir

Pambıq istehsalı artıb Bu rayonlar liderdir

Metbuat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 48,1 min ton pambıq mahlıcı istehsal edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 33 % çoxdur. Həmçinin bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 17,56 min ton pambıq ipliyi istehsal edilib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 23 % çoxdur. Bəs ən çox məhsul verən bölgələr hansıdır? Fermerlərə hansı şəraitlər yaradılır?

Liberal İqtisadçılar Mərkəzinin sədri, kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli Metbuat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda pambıq istehsalının artması əsasən əkin sahələrinin genişləndirilməsi, fermerlərə göstərilən dəstəyin güclənməsi və pambıq emalı sənayesinin inkişafı ilə bağlıdır:

“Son illərdə pambıqçılıq yenidən prioritet sahələrdən birinə çevrilib və həm dövlət qurumları, həm də tədarük şirkətləri bu istiqamətdə daha sıx fəaliyyət göstərir. Suvarma imkanlarının genişləndirilməsi, keyfiyyətli toxum təminatı və sahələrdə aqrotexniki xidmətlərin artırılması artıma təsir edən əsas amillərdir. Eyni zamanda, pambıqdan hazırlanan lif, iplik və parça istehsalında artım olduğu üçün fermerlərin məhsuluna olan tələbat yüksəlib”.

A.Nəsirli qeyd edib ki, ölkədə ən çox pambıq istehsal olunan bölgələr Saatlı, Sabirabad, Ağcabədi və Bərdə rayonlarıdır:

“Bu rayonlar həm ənənəvi pambıqçılıq zonalarıdır, həm də torpaq və iqlim şəraiti burada bu sahənin inkişafına daha əlverişlidir. Digər rayonlarda da əkin artırılıb, lakin əsas yük bu bölgələrin üzərinə düşür. Fermerlərə müxtəlif imkanlar yaradılır. Onlara subsidiyalar verilir, tədarük məntəqələri genişləndirilir, texnika və gübrə təminatı yaxşılaşdırılır. Suvarma kanalları yenilənir, sahələrin bərpası və münbitləşdirilməsi üçün xüsusi layihələr həyata keçirilir. Emal müəssisələrinin çoxalması isə fermerlərin məhsulu vaxtında və stabil qiymətə satmasına şərait yaradır. Bu addımlar pambıqçılığın ildən-iləyə artmasına və fermerlərin daha çox maraq göstərməsinə səbəb olur”.

Sevinc İbrahimzadə / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 02 Dekabr 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see350

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see321

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see314

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see305

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see282

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see275

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see273

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see271

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see249

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see241

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see236

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see230

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see224

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see218

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see217

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see212

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see209

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see207

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see203

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri