Icma.az
close
up
RU
Pambıq satılmır

Pambıq satılmır

Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda indiyədək nisbətən sabit sektor sayılan pambıq emalı şirkətləri ciddi problemlə üzləşiblər.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, son aylar Azərbaycanda yığılan pambığın xaricə satışı faktiki olaraq dayanıb. Buna səbəb dünya və region bazarlarında pambıq təklifinin artması və qiymətlərin aşağı düşməsidir. Nəticədə Azərbaycanda ilkin emal olunan pambıq mahlıcının maya dəyəri 1400 dollar olduğu halda bu məhsulun əsas alıcı olan Türkiyə bazarında qiymət 1250 dollara enib.

Azərbaycan şirkətləri məhsulu bu qiymətə, yəni zərərinə satmaq istəmədiklərinə görə, ölkədən pambıq ixracınrda problem yaranıb. Gəlirdən məhrum olan şirkətlər pambığı aldıqları fermerlərin pullarını ödəyə bilmir, eləcə də digər ödənişlərini həyata keçirməkdə çətinlik çəkirlər.

Xatırladaq ki, pambıq Azərbaycanın ixracında ciddi yer tutur – hər il xaricə 100 milyon dollara yaxın pambıq ixrac edir, İndi bu proses təhlükə altındadır.

Yaranmış vəziyyətlə bağlı pambıq tədarükü şirkətləri hökumətdən kömək istəyirlər. Belə ki, 2025-ci ilin dekabrında aparıcı pambıq şirkətləri Azərbaycanın baş naziri Əli Əsədova, İqtisadiyyat naziri Mikayıl Cabbarova, Kənd Təsərrüfatı naziri Məcnun Məmmədova müraciət edərək onlardan bu vəziyyətdə kömək istəyiblər.

Müraciətdə deyilir ki, bu il Azərbaycanda 100 min hektar sahədə pambıq əkilib və buradan 355 min ton pambıq tədarük edilib. Amma tekstil sahəsində davam edən böhran nəticəsində, Azərbayan pambığının əsas alıcısı olan Türkiyənin tekstil şirkətlərinın  bir hissəsi fəaliyyətlərini dayandırıb və ya azaldıblar. Nəticədə bazarda pambıq artıqlığı yaranıb və pambığın qiyməti aşağı düşüb. Bu da fermerlərdən alınmış xam pambığın dəyərinin ödənilməsində və digər öhdəliklərin yerinə yetirilməsində gecikmələrə səbəb olub.

Müraciəti Azərbaycanın 8 ən böyük pambıq emalı şirkətlərinin – «Prime Cotton» MMC, «P-AQRO» MMC, «Aztəsərrüfat» MMC, «Aqro-Az» MMC, «Cotton Trade» MMC, «Kürdəmir Pambıq» MMC, «APEKS Agro» MMC, «Goran Cotton» MMC, eləcə də Pambıq İstehsalçıları Assosiasiyasının sədri rəhbərləri imzalayıb.

Artıq hökumətdə bu müraciətlə bağlı, pambıq şirkətlərinə necə dəstək verilməsi ilə bağlı müzakirələr başlayıb.

Belə ki, artıq Prezident Administrasiyası tərəfindən Kənd Təsərrüfatı Nazirliyinə bu sahə ilə tapşırıly verilib və Kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli bu sektorda fəaliyyət göstərən şirkətlərlə görüş keçirib.

Bəs pambıq şirkətləri hökumətdən hansı dəstəyi istəyirlər? Dövlət bu vəziyyətdə pambıq şirkətlərinə necə kömək edə bilər?

Müraciəti imzalayan şirkətlərdən biri – «P-Aqro» şirkətinin baş direktorunun müavini İlham Səfərov FED.az biznes və maliyyə xəbərləri portalına bildirib ki, pambıq şirkətləri hökumətdən pambığın satış qiyməti ilə maya dəyəri arasındakı fərqi ödəməyi və ya buna bənzər formada kömək istəyirlər.

«Biz hər hansı güzəştlər istəmirik ki, qiymətlər aşağı salınsın, vergidə və ya başqa sahədə güzəştlər olunsun. Bizim təklifimiz odur ki, məsələn, hazırda qiymətlər kəskin şəkildə aşağı düşüb, bizim məhsulun maya dəyəri 1 400 dollardır. Planlaşdırırıq ki, heç olmasa tonunda 100 dollar gəlir olsun ki, həm xərclərimizi ödəyək, həm də gələcək planlarımızla bağlı yenilənmələr edərk, vergiləri və s. ödənişləri edək.

Təklif edirik ki, qiymətlər stabilləşənə qədər dövlət bizə dəstək versin. Hazırda məhsula 1 250 dollardan tələb var, bu qiymətə satmaq olar, amma maya dəyəri 1400 dollar olduğuna görə, biz pambığı 1250 dollardan satım 150 dollar zərər etmək istəmirik. Təklif edirik, bir qiymət müəyyən edilsin, məsələn, 1 500 dollar. Bir fond yaradılsın həm nəzarət, həm də yardım etsin. Məsələn bu gün şirkətimiz 2 min ton məhsul satır, 1 250 dollardan almağa hazır olan müştəri var. Fonda müraciət edib alıcım olduğunu bildiririk, alıcı ilə müqaviləni bağlayıb, fondla razılaşdırırıq. Şirkət məhsulu 1 250 dollardan satıb ödənişi alır, müəyyən edilmiş 1 500 dollardan yerdə qalan 250 dolları isə dövlət borc şəkilində şirkətə versin. Yəni məsələn 2 min ton məhsul üçün hökumət hər tona görə pambıq şirkətlərinə 250 dollar borc ayırsın. Bazarda qiymətlər 1 500 dollara çatanda və ya daha baha olanda həmin fond gəlirli satışlardan borcları hissə-hissə geri alacaq. Burada əsas məqsəd sektoru qorumaqdır».

İlham Səfərov FED.az-a bildirib ki, təklif olunan 250 dollarlıq məbləğin pambıq şirkətlərinə yalnız borc şəkildə verilməsi vacibdir: «Çünki kompensasiya kimi verilsə, şirkətlər dəyər-dəyməzə məhsulu satar ki, qalan hissəni dövlət verəcək. Amma borc şəkilində olsa, şirkət bilir ki, bu geri qaytarılmalıdır. Bunu da uzun müddətli, aşağı faizli və ya faizsiz kredit, dotasiya formasında verməlidir».

Şirkət rəsmisi hesab edir ki, bu üsul hökumətin gücü çatan variantdır: «Azərbaycanda il ərzində ixraca 100 min ton mahlıc gedir. Bu 100 min ton mahlıc fond tərəfindən bir il ərzində 250 dollar borcla ixrac edilsə, 25 milyon dollar, yəni təx=minən 42 milyon manat edir. Bir il ərzində bu sektora 42 milyon manat dövlət dəstəyi çox deyil. Müqayisə üçün deyim ki, fermerlərə subsidiyalara hər il dövlət büdcəsindən 55 milyon manat pul ayrılır».

İlham Səfərovun sözlərinə görə, pambıq tədarükü və emalı sektoru iqtisadiyyatın əsas hissəsi, eləcə də kənd təsərrüfatının inkişafı, kənd əhalisinin məşğulluğu və sosial layihə deməkdir.

Xatırladaq ki, hazırda Azərbaycanın pambıq tədarükü sektorunda irili-kiçikli 15 ədəd şirkət fəaliyyət göstərir, bu şirkətlərdə 20 min fermer, 12 min işçi çalışır: «Bu, böyük bir layihədir, dövlət bu layihəyə külli miqdarda pul xərcləyib. Bu sahənin bərpa olunması üçün 100 milyonlarla pul xərclənib. İlk çətinlikdə bu sektoru qoyub getmək olmaz. Olmayacaq da, dövlət bu işlə ciddi məşğuldur. Belə hal heç vaxt olmayıb, qısa şəkildə olub ki, heç şirkətlər onu hiss etməyib».

Pambıq sahəsində bu vəziyyət davam etsə, hazırda pambıq əkini ilə məşğul olan fermerlərin bir hissəsi bu bitkini əkməyi dayandıracaq. Pambıq İstehsalçıları Assosiasiyasının sədri Fərid Firidunov FED.az-a bildirib ki, pambıq istehsal edən ölkələrin istehsalı artır, idxal edən ölkələr isə idxalı azaldır: “Bu da, yalnız Azərbaycana deyil, bütün ölkələrə ciddi şəkildə təsir edir. Braziliya 3 milyon ton xam pambıq istehsal edir ki, bunun da 80%-dən çoxunu ixrac edir”.

Fərid Firidunov bildirir ki, yaxın 2 ildə qiymətlərin ucuzlaşmasının davam edəcəyi gözlənilir. Bu baş versə, və vəziyyət dəyişməsə, Azərbaycanda pambığa maraq və əkin sahələri azalacaq: “Bu il Azərbaycanda pambığın ən yüksək məhsuldarlığı oldu, fermerlər hektar başına kifayət qədər pul qazandılar. Digər tərəfdən mahlıc istehsalçılarının vəziyyəti çətindir. Əgər dövlətin dəstəyi  olmasa, bu il də olmasa, gələn ildən etibarən əkin sahələrinin azalmasını gözləmək olar»

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://azpost.info
archiveBu xəbər 13 Fevral 2026 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see245

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see165

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see163

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see162

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see161

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see160

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see159

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see159

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see157

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see157

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see157

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see156

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see155

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see155

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see154

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see154

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see152

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see151

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see150

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri