Icma.az
close
up
RU
Pambıq istehsalının ekoloji tələbləri

Pambıq istehsalının ekoloji tələbləri

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində “Daha yaxşı pambıq” mövzusunda panel müzakirələr keçirilib. “GP Cotton Holdings”in təşkilatçılığı ilə keçirilən müzakirələrin məqsədi pambıq sənayesinin dəyər zəncirində olan maraqlı tərəfləri bir araya gətirərək davamlı pambıq təsərrüfatı təcrübələrinin inkişafı, problemləri və imkanları mövzusunda müzakirələr aparmaq olub. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən məlumat verilib.

Bildirilib ki, müzakirələrdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov, “GP Cotton Holdings” şirkətinin sədri Young Simpson, “Better Cotton Initiative” təşkilatının standartlar üzrə direktoru Yannis Bellinghausen, Beynəlxalq Pambıq Məsləhət Komitəsinin icraçı direktoru Erik Traxtenberg, “UzTextile” assosiasiyasının sədri Mirmuxsin Sultanov və “Prime Cotton” şirkətinin baş direktoru Rövşən Mahmudov davamlı təcrübələrin önəmi, o cümlədən dayanıqlılığı artırmaq, ətraf mühitə təsiri azaltmaq və kənd yerlərinin inkişafına dəstək olmaq istiqamətində fikirlərini bölüşüblər.

“GP Cotton Holdings” şirkətinin sədri Young Simpson bildirib ki, “Better Cotton Initiative” ilə əməkdaşlıq etmək “GP Cotton” və Azərbaycan üçün yalnız irəliyə doğru addım deyil, həm də dayanıqlı pambıq istehsalında əsas oyunçu mövqeyini tutmaq üçün böyük bir sıçrayışdır. Şirkət rəhbərinin sözlərinə görə, Azərbaycan BCI standartlarına əsaslanaraq, Qərb ölkələrində məsuliyyətlə əldə edilən materiallara artan tələbata uyğunlaşa, daha geniş ixrac imkanlarının qapısını aça və qlobal tekstil bazarlarında etibarlı tərəfdaş kimi nüfuzumuzu yüksəldə bilər.

Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov ölkəmizdə pambıqçılıqda tətbiq olunan yeni texnologiyalar, pambıq əkinlərində müasir suvarma sistemlərinin tətbiqinin genişlənməsinə yönəlmiş dəstək mexanizmləri, pambıqçılıqda dəyər zəncirinin inkişaf etdirilməsi və digər məsələlərlə bağlı fikirlərini bölüşüb.

Panel müzakirələr öz işinin sual-cavab formatında davam etdirilib.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Noyabr 2024 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri