“Panasonic” yanğın təhlükəsi səbəbindən 640 min paltaryuyan maşını geri çağırır
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 16 oktyabr, AZƏRTAC
“Panasonic” şirkəti tüstülənmə və yanğın təhlükəsi ilə əlaqədar Yaponiyada və Tayvanda satılmış təxminən 640 min paltaryuyan-quruducu maşını geri çağırır.
AZƏRTAC “The Japan Times” qəzetinə istinadla xəbər verir ki, geri çağırılma Yaponiya bazarı üçün nəzərdə tutulan 18 və Tayvan bazarı üçün istehsal edilən üç modeli əhatə edir. Şirkət cihazları ödənişsiz yoxlayacaq və təmir edəcək, həmçinin nasaz hissələri dəyişdirəcək.
“Panasonic”in məlumatına görə, yuyucu vasitələrin avtomatik dozalanma sistemindəki qüsur mayenin cihazın daxili elektrik naqillərinə sızmasına, qısaqapanmaya və nəticədə yanğına səbəb ola bilər.
Şirkət Yaponiyada altı, Tayvanda isə bir tüstülənmə və yanğın hadisəsinin qeydə alındığını bildirib. Xəsarət alanlar barədə məlumat daxil olmayıb.
“Panasonic” geri çağırılma çərçivəsinə düşən modellərin sahiblərini avtomatik dozalanma funksiyasından istifadəni dayandırmağa və hissələrin dəyişdirilməsi üçün şirkətə müraciət etməyə çağırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 16 Oktyabr 2026 05:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















