Icma.az
close
up
RU
Pandemiya cərimələri silinəcək? 55 min nəfər…

Pandemiya cərimələri silinəcək? 55 min nəfər…

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Dünyanın bir sıra ölkələrində pandemiya dövründə verilmiş inzibati cərimələrə, həmçinin digər cəzalalara yenidən baxılması artıq praktika halını alıb. Bəzi cərimələrin silinməsi, hətta ödənilmiş məbləğlərin qismən qaytarılması ilə bağlı qərarlar qəbul olunub.Türkiyə parlamentində koronavirus pandemiyası (COVID) dövründə tətbiq edilən cəzaların bir qisminə əfv edilməsi ilə bağlı qanun layihəsi müzakirə edilir.

“COVİD əfvi” kimi tanınan təşəbbüsün 50-55 min nəfəri əhatə edəcəyi bildirilir. Bəs oxşar addım Azərbaycanda da atıla bilər?

Mövzu ilə bağlı Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Azər Allahverənov Gununsesi.info -ya bildirib ki, bu proses total əfv deyil, daha çox konkret situasiyalara əsaslanan fərdi və ya qismən tətbiq olunan addımlar şəklində reallaşıb.

“Bəzi ölkələrdə bu cərimələrdən tam azadolunma və ya ödənilmiş məbləğlərin geri qaytarılması hallarına rast gəlinir.

Türkiyədə də oxşar təşəbbüslər əvvəllər gündəmə gəlsə də, hazırkı paket bir qədər geniş kütləni təxminən 50-55 min şəxsi əhatə edir. Gürcüstanda iki minə yaxın insan cərimələrdən azad olunub, Rusiyada isə bu rəqəm bu və digər ölkələrdə müqayisədə daha yüksək olub. Avropa ölkələrində də pandemiya dövründə verilmiş inzibati qərarların sosial təsirləri nəzərə alınaraq müxtəlif yanaşmalar tətbiq edilib. Azərbaycanda həmin dövrdə cərimələr əsasən maska taxmamaq, toyların keçirilməsi, kütləvi tədbirlərə qadağaların pozulması və digər hallarla bağlı tətbiq edilirdi:Hətta bəzi hüquqi şəxslər də qaydaları pozduğuna görə məsuliyyətə cəlb olunub.

Onun sözlərinə görə, bunun üçün mövzuya dair rəsmi müraciət daxil olması vacib şərtlərdən biridir.

“Eyni zamanda nəzərə alınmalıdır ki, ölkədə karantin rejimi hüquqi olaraq hələ də qüvvədədir və müəyyən məhdudiyyətlər, xüsusilə quru sərhədlərində gediş-gəlişlə bağlı tətbiq olunmaqda davam edir. Məhdiyyətlər qaydaları şərtləndirir, bunlara əməl olunmadığı təqdirdə də inzibati məsuliyyət yaradan bir hal alır. Sözügedən məsələ bilavasitə insanların sosial rifahı və maddi vəziyyəti ilə bağlıdır. İstənilən halda düşünürəm ki, məsələyə həmin aspektdən yanaşmaq və onun geniş müzakirəyə ehtiyacı olduğunu qeyd etmək lazımdır. Necə ki, Türkiyənin Milli Məclisində bu mövzu təklif kimi səsləndirilirsə, deməli, yenə də müzakirə olunması gərəkən bir məsələdir. Yəni təklifin səsləndirilməsi onun dərhal qəbul edilməsi demək deyil”.

Deputat, həmçinin digər aidiyyəti strukturların da bununla bağlı öz fikirlərini bildirməsinə diqqət çəkib:

“Biz insanların sosial rifahına nə qədər diqqət yetiririksə, onların təhlükəsizliyinə də eyni dərəcədə önəm veririk. Bu isə həmin təhlükəsizlik sisteminin elementlərindən biridir.

Bütün məsələlər kompleks şəkildə nəzərdən keçirilməli, aidiyyəti strukturların rəyləri də nəzərə alınmaqla müəyyən qərarlar qəbul edilməlidir. Amma qeyd etdiyim kimi, bu total şəkildə deyil, daha çox situasiyaya və şərtlərə görə dəyişə bilən bir qərardır. Hər bir halda, “COVID əfvi”nin müzakirə olunması gərəkən bir məsələ olduğunu düşünürəm”,- deyə A.Allahverənov bildirib.

Ayşən

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 01 Dekabr 2025 20:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see568

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see519

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see386

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see283

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see263

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see254

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see234

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see230

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see227

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see226

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see214

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see210

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see206

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see206

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see204

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see197

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see196

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see194

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri