Icma.az
close
up
RU
Papa Fransiskin baxışları və bəyanatları I FAKTLAR

Papa Fransiskin baxışları və bəyanatları I FAKTLAR

Icma.az bildirir, Azvision portalına istinadən.

Xatırladaq ki, Pontifik fevralın 14-dən xəstəxanada idi. Ona ikiqat pnevmoniya diaqnozu qoyulmuşdu. Bundan əvvəl Roma Papası dərhal tacdan imtina məktubunu imzaladığını və onun fəaliyyət qabiliyyətini itirdiyi təqdirdə qüvvəyə minəcəyini bildirmişdi. Bu məlumatı kardinal Canfranko Ravazi də təsdiqləmişdi.
Fransisk Vatikan tarixində Amerikadan olan ilk Papadır. O, Argentinanaın paytaxtı Buenos-Ayres şəhərində italyan mühacirləri ailəsində anadan olub.
Onun tərcümeyi-halında pontifiki sələflərindən fərqləndirən bir çox başqa faktlar da var. Məsələn, Fransisk Argentinanın gecə klubunda bouncer (şuluq salanları “sakitləşdirən”) kimi çalışıb, kimya mühəndisliyi dərəcəsi alıb və bir müddət tədqiqatçı olub. Yalnız bundan sonra o, Müqəddəs İosif Seminariyasına daxil olub və Yezuit ordeninə qoşulub. 76 yaşında Xorxe Mario Berqolyo (Fransiskin dünyəvi adı) bütün Katolik Kilsəsinin başçısı vəzifəsini tutub.
Papalıq fəaliyyəti ərzində Fransisk bəzilərinin tənqidinə və anlaşılmazlıq fırtınasına səbəb olan bir neçə islahat aparıb. Onun açıqlamaları da heç vaxt diqqətdən kənarda qalmayıb. Pontifikin bir sıra bəyanatları onun nə qədər qeyri-adi bir insan olduğunu anlamağa imkan yaradır.
Cəhənnəm mövcud deyil?
2018-ci ildə Papa Fransiskin ateist jurnalist Eucenio Skalfariyə cəhənnəmin olmadığını dediyi bildirilir. Onda İtaliyanın “La Repubblica” qəzeti belə xəbər yaymışdı.
“Tövbə edənlər Allahdan əfv alırlar. Tövbə etməyənlər günahlarının bağışlanmasını ala bilmir və sadəcə, yox olurlar. Cəhənnəm yoxdur, ancaq günahkar ruhların yox olması var”, - jurnalist sitat gətirib.
Materialın dərcindən sonra Vatikan Papanın müsahibəyə icazə vermədiyi barədə bəyanat yayıb və onların söhbətini “şəxsi görüş” adlandırılıb. Onlar həmçinin xatırlatdıblar ki, Skalfari diktofonda qeydlər aparmaması və müsahibəni diktafona yazmaması ilə fəxr edir.

Saklfarinin Papa haqqında yanlış məlumat verməkdə ittiham olunması ilk dəfə deyildi. Bununla belə, Pontifikin şəxsi söhbətdə “qeyd edilənlərdən kənar” bir şey söyləyib-söyləmədiyi o vaxt bilinmədi.
Həzz almaq haqqında
2020-ci ildə Papa Fransisk pontifik haqqında kitab üzərində işləyən italiyalı yazıçısı Karlo Petriniyə verdiyi müsahibədə yeməkdən və cinsi əlaqədən həzz almağın Tanrıdan gəldiyini və keçmişdə kilsə rəhbərləri tərəfindən haqsız olaraq pislənildiyini açıqlayıb.
- Yeməkdən həzz almaq yemək və öz sağlamlığınızı qorumaq, cinsi əlaqə isə sevgini daha da gözəlləşdirmək və insan növünü qorumaq üçün lazımdır”, - Papa deyib.
Onun sözlərinə görə, həyatın bu cür əsas aspektlərini rədd edən baxışlar bu gün də güclü şəkildə hiss olunan böyük zərərə səbəb olur.
İqlimin dəyişməsi ilə mübarizəyə çağırış
İqlim dəyişikliyi ilə bağlı dəfələrlə bəyanatlar səsləndirən Papa Fransisk bunu dövrümüzün ən mühüm problemlərindən biri adlandırıb. Müxtəlif forumlarda, xüsusilə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərinin 26-cı Konfransında iştirak edib.
“Ümumi evimiz olan yaradılışın insan tərəfindən istismarı iqlim dəyişikliyinə “töhfə” verib və nəticədə təbii fəlakətlər, qlobal istiləşmə və gözlənilməz hava şəraiti kimi müxtəlif dağıdıcı nəticələrə səbəb olub. Biz səmimi şəkildə bütün insanları təbii mühitin və onun ehtiyatlarının bütövlüyünü qorumaq üçün qətiyyətli addımlar atmağa çağırırıq”, - Papanın İndoneziyanın paytaxtı Cakarta şəhərinə səfəri zamanı bu ölkənin Dini İşlər üzrə naziri və “İstiqlal” məscidinin baş imamı Nəsaruddin Ömərlə verdiyi birgə bəyanatda deyilir.
Süni intellektə (Sİ) münasibət
Papa Sİ-nin və robotların “həmişə insanlığa xidmət göstərməsi” və ona zərər verməməsi üçün dua etməyə çağırıb. Onun fikrincə, Sİ ümumi rifaha yönəldiyi təqdirdə dünyanı daha yaxşı bir məkana çevirə bilər.
- Sİ yaşadığımız taleyüklü dəyişikliklərin mərkəzində dayanır. Robot texnikası ümumi mənafe üçün istifadə olunarsa, dünyanı daha yaxşı bir yerə çevirə bilər. Axı, texnoloji tərəqqi bərabərsizliyin artmasına kömək edirsə, deməli, bu, əsl irəliləyiş deyil. Gələcək nailiyyətlər insanın və yaradılışın ləyaqətinə hörmətlə yanaşmağa yönəldilməlidir. Gəlin dua edək ki, robot texnikası və Sİ-nin inkişafı həmişə bəşəriyyətə xidmət etsin, başqa sözlə, insani olsun”, - Papa Fransisk bu sahədə humanist yanaşama sərgiləməyə çağırıb.
Bərabər hüquqların tərəfdarı
Gender bərabərliyinin tərəfdarı olan Pontifik qeyd edib ki, eyni işi görən kişi və qadınların maaşları bərabər olmalıdır.
“Niyə qadınların kişilərdən daha az qazanması təbii hal kimi qəbul edilir? Xeyr! Onlar eyni hüquqlara malikdirlər. Maaşlarda belə bir fərqin olması əsl qalmaqaldır”, - Roma Papası 2015-ci ildə Vatikanın Müqəddəs Pyotr meydanında çıxışı zamanı vurğulayıb.
Futbol fanatı
Böyük futbol azarkeşi stajına malik olan Papa Fransisk, xüsusilə Argentinanın məşhur “San Lorenzo” futbol klubuna pərəstiş edib. Bu komandanın stadionuna hətta Fransiskin şərəfinə onun adı verilib. Futbolçular arasında Pontifik həmyerlisi Dieqo Maradonaya rəğbət bəsləyib. Onun sözlərinə görə, əfsanəvi futbolçu “meydanda şair” idi.

- Dieqo Maradona ilə 2014-cü ildə tanış olmuşam. Meydanda o, şair olub. Həm Argentinada, həm də Neapolda milyonlarla insanı sevindirən böyük çempion. Eyni zamanda, o, çox həssas idi. Argentinanın 1986-cı ildə Maradonanın sayəsində Dünya Kubokunu qazanmasını xatırlayıram. Frankfurtda idim. Çətin vaxt idi - mən dil öyrənirdim və dissertasiyam üçün material toplayırdım. Yalnız ertəsi gün Argentinanın Almaniya ilə oyunda qalib gəldiyini bildim. Sevindirici xəbər idi, amma özümü tənha hiss edirdim, çünki qələbə duyğularını bölüşəcək heç kimim yox idi”, - Pontifik həmin dövrdə yaşadığı təəssüratla bölüşüb.
Papa Fransisk bildirb ki, Dieqo Maradonanın ğlüm xəbərini eşidəndə onun üçün dua edib və ailəsinə təsəlli sözləri ilə təsbeh göndərib.
Uşaqların məsuliyyətli tərbiyəsi
Vatikanın başçısı 2015-ci ildə Filippinə səfəri zamanı katoliklərin “dovşanlar kimi” çoxalmamalı, əksinə məsuliyyətli valideynlik etməli olduqlarını vurğulayıb.
O, rast gəldiyi bir qadınla bağlı hadisəni misal çəkib. Həmin qadın yeddi qeysəriyyə əməliyyatından sonra səkkizinci dəfə hamilə olub.
“Bu, məsuliyyətsizlikdir! Qadın Allaha güvənməli olduğunu söyləyə bilər. Amma Allah sizə məsuliyyətli olmağın yollarını bəxş edir. Yaxşı katolik olmaq üçün dovşan kimi çoxalmaq lazım deyil”, - Fransisk deyib.
Papa süni kontraseptivlərə mənfi münasibət bəslədiyini izah edib, lakin xatırladıb ki, katolik kilsəsi bir ailənin istədikləri qədər uşaq sahibi ola bilməsi üçün bir çox üsullara icazə verir.
Qayınanalar barədə zarafat
2014-cü ildə dünyanın hər yerindən gələn cütlüklər Müqəddəs Pyotr meydanında Papa Fransisk ilə Sevgililər Gününə həsr olunmuş xüsusi görüşdə iştirak edirdilər. Evlənməyi planlaşdıran 25 minə yaxın insan görünməmiş tədbirə dəvət almışdı.
Cütlüklər qarşısında bədahətən çıxışında Pontifik onların qarşılaşa biləcəkləri çətinliklərdən qorxmamaları zərurətini vurğulamaqla yanaşı, hətta qayınanalarla bağlı zarafat da edib.
- Hamımız bilirik ki, mükəmməl ailələr yoxdur. İdeal ər və ideal arvad deyə bir şey yoxdur…Gəlin, həmçinin ideal qayınanalardan da danışmayaq”, -meydanda toplaşanlar pontifikin bu sözlərini alqışlayıb.
Yuxu haqqında
Papa dua vaxtı bəzən yuxuya getdiyini etiraf edib Çox vaxt gözüqapalı halda dua edən Fransisk, hətta müqəddəslərin də dua vaxtı mürgülədiyini söyləyib.
“Müqəddəs Tereza da eyni şeyi edirdi. Xristianlar dua edərkən özlərini atalarının qucağında uşaq kimi hiss edirlər”, - 19-cu əsrdə Fransız rahibəsinə istinad göstərən Pontifik bildirib.
2024-cü ildə Papa keşişlərə moizələrini səkkiz dəqiqə ilə məhdudlaşdırmağı tövsiyə edib, çünki etiqadçılar “diqqətini itirirlər”. Onun sözlərinə görə, insanlar yuxuya gedirlər və onlar bunda haqlıdırlar.
Vəzifədən getməyi düşünməyib
Kilsə tarixində ən qocaman papalarından biri olan Fransisk qrip və iki bağırsaq əməliyyatı da daxil olmaqla səhhətində problemlər yaşayıb. Bundan əlavə, Papanın yalnız bir ağciyəri var idi, ikincisi pontifik hələ yeniyetmə ikən kəsilərək götürülüb. Bir versiyaya görə, gəncliyində gələcək Papanın orqanizmində həyati təhlükə yaradan qanaxmaya səbəb ola biləcək ağciyər absesi inkişaf edirdi.
2013-cü ildə 76 yaşında Roma Papası seçilən Fransisk son illərdə əlil arabasından istifadə etsə də, səhhətinin “yaxşı” olduğunu deyirdi. Bəzi çətinliklərə baxmayaraq, o, istefa vermək fikrində olmadığını diqqətə çatdırıb.
“Bəlkə də səhhətimin daha davam etməyə imkan verməyəcəyi fün gələcək. Mənim yeganə, əsl zəifliyim dizimdir və getdikcə yaxşılaşır. Amma istefa vermək heç vaxt ağlıma gəlməyib”, - artıq bu gün vəfat emiş və məhz Roma Papası kimi dünyasını dəyişmiş Fransisk bildirmişdi.
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://azvision.az
archiveBu xəbər 21 Aprel 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see271

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see242

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see234

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see207

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see189

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see182

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see173

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see173

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see171

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see164

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see163

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see154

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see153

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see153

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see153

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see142

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see139

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see134

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see133

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri