Papa John s IV maliyyə rübündə gəliri 7% azalıb, lakin proqnozlardan yaxşı nəticə göstərib
Banco.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Müəllif - Eldar Kərimov - Banco.az
Amerikalı "Papa John's International" şirkəti, pizzaxana şəbəkəsinin sahibi, keçən maliyyə ilinin dördüncü rübündə xalis mənfəət və gəlirini azaldıb, lakin düzəliş edilmiş mənfəət və gəlir bazar proqnozlarını üstələyib.
Şirkətin mətbuat relizində bildirildiyinə görə, 29 dekabrda başa çatan rübdə xalis mənfəət 14,8 milyon dollar və ya bir səhmə 44 sent təşkil edib. Bu, əvvəlki ilin eyni dövründəki 26,1 milyon dollar və ya bir səhmə 79 sentlə müqayisədə aşağıdır.
Düzəliş edilmiş mənfəət bir səhmə 63 sent olub. "FactSet" tərəfindən sorğulan analitiklər orta hesabla 50 sent gözləyirdilər.
Gəlir 7% azalaraq 571 milyon dollardan 531 milyon dollara düşüb, halbuki analitiklər bu göstəricinin 516,6 milyon dollara enəcəyini təxmin edirdilər.
Qrupun müqayisə edilə bilən satışları 7,9% azalıb. Şimali Amerikada keçən rübdə satışlar 8,9%, dünyanın qalan hissəsində isə 4,7% düşüb.
2025-ci ildə şirkət ümumi satışların 2-5%, Şimali Amerikada isə 0-2% artacağını gözləyir.
Keçən maliyyə ilinin sonunda "Papa John's" restoran şəbəkəsi 51 ölkədə 6030 müəssisədən ibarət idi.
Cümə axşamı ilkin ticarət zamanı "Papa John's" səhmləri 6,5% bahalaşır. Son 12 ayda şirkətin kapitallaşması 35,7% azalaraq 1,51 milyard dollara düşüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 28 Fevral 2025 22:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















