Papa XIV Leonun pontifikatının başlanması ilə əlaqədar poçt markaları buraxılır
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Vatikan, 27 may, AZƏRTAC
Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leonun pontifikatının başlanması münasibətilə poçt markaları buraxılacaq.
AZƏRTAC xəbər verir ki, Papa XIV Leonun fotoşəkilləri olan 4 poçt markası Vatikanın Poçt və Filateliya Xidməti tərəfindən mayın 27-də buraxılacaq.
Markalar xidmətə məxsus, o cümlədən Müqəddəs Pyotr meydanında yerləşən poçt şöbələrində satışa çıxarılacaq. İki markanın üzərində mayın 8-dəki konklav günü XIV Leonun Papa geyimindəki ilk şəkili, digər markalarda isə Sikstin kapellasında kardinallarla görüşündəki fotolar yer alıb.
Vatikan, həmçinin müqəddəsləri və tarixi hadisələri xatırladan poçt markalarının da tezliklə buraxılacağını açıqlayıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 27 May 2025 14:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















