Pape Quye: Bu məşqçi heyəti olduğu müddətdə millidə oynamayacam
sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Vilyarreal"ın yarımmüdafiəçisi Pape Quye DÇ-2026-nın 1/16 final mərhələsində Belçikaya 2-3 hesabı ilə məğlub olduqdan sonra Seneqal millisindən ayrıldığını açıqlayıb. Sport24.az xəbər verir ki, futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib:
"Mübarizəni dayandırmağımızla bağlı bir neçə kəlmə demək üçün daha sonra qayıdacağam... Amma bu gün elan edirəm ki, bu məşqçi heyəti olduğu müddətdə millidə oynamayacam".
Qeyd edək ki, 26 yaşlı Quye 2021-ci ildən Seneqal millisinin formasını geyinir. Yığmanın heyətində 45 oyunda 7 qol vurub və 2 məhsuldar ötürmə edib. O, DÇ-2026-da dörd oyun keçirib. İraqla matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Baxış sayı:136
Bu xəbər 02 İyul 2026 09:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















