Icma.az
close
up
RU
Papikyanın Paris səfəri regiona yeni gərginlik vəd edir

Papikyanın Paris səfəri regiona yeni gərginlik vəd edir

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Ermənistanın müdafiə naziri Suren Papikyanın rəhbərlik etdiyi nümayəndə heyəti Fransaya səfər edib. Bu barədə ölkənin müdafiə nazirliyi məlumat yayıb. Məlumatda dekabrın 15-dən başlayan səfərin “işgüzar” xarakter daşıdığı qeyd edilib. Nazirlik səfərin gündəliyi ilə bağlı məsələlərə dair ətraflı məlumat verməyib.

Dünən açıqlanan məlumatda S.Papikyanın səfər çərçivəsində Fransa prezidentinin hərbi müşaviri, hərbi kabinetin rəhbəri, ordu generalı Fabyen Mandonla görüşdüyü bildirilib. Ermənistan tərəfinin yaydığı məlumata görə, görüşdə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Əməkdaşlığın bütün istiqamətləri ətraflı nəzərdən keçirilib. Bura hərbi təhsil, təlim proqramları, məsləhətləşmələr, hərbi-texniki məsələlər daxildir. “Görüşdə regional və beynəlxalq təhlükəsizlik məsələləri də müzakirə edilib. Tərəflər bu məsələlərlə bağlı öz yanaşmalarını təqdim ediblər” – deyə Ermənistan müdafiə nazirliyi bildirib.

Qeyd edək ki, S.Papikyan bundan öncə də dəfələrlə Parisə səfər edib. Həmçinin, onun fransalı həmkarı Sebastyen Lekornyu İrəvanda olub. Bu səfərlər zamanı Fransanın Ermənistana hücum silahları tədarük etməsinə dair sazişlər imzalanıb. Bir sözlə, Ermənistan və Fransa hərbi əməkdaşlığı daha da genişləndirib, dərinləşdirirlər. Bir neçə həftədən sonra yeni – 2025-ci ilə qədəm qoyacağımızı nəzərə alaraq ehtimal etmək olar ki, budəfəki səfər növbəti il üçün planların tərtib olunmasına həsr ediləcək. Bütövlükdə isə Fransanın Cənubi Qafqaz bölgəsində olduqca destruktiv, təxribatçı rol oynadığını nəzərə alaraq demək mümkündür ki, digər səfərlər kimi, bu səfər də bölgədə gərginliyi daha da artırmağa xidmət edəcək.

Onu da bildirək ki, Ermənistan müdafiə nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın əvvəlində ABŞ-a işgüzar səfərə gedib. Birləşmiş Ştatların müdafiə naziri Lloyd Ostin Papikyanın səfərini “tarixi” adlandırıb və ABŞ-ın Ermənistan silahlı qüvvələrində islahatları dəstəkləməyə davam etməyə hazır olduğunu bildirib. Həmçinin bildirilib ki, tərəflər təkcə Ermənistan–ABŞ ikitərəfli əməkdaşlığını deyil, beynəlxalq və regional təhlükəsizlik məsələlərini də müzakirə ediblər. Bundan əlavə, son illərdə Ermənistanla Hindistan arasında hərbi əməkdaşlığın genişlənməsini də nəzərdən qaçırmaq olmaz. Yola salmaq üzrə olduğumuz ildə Ermənistan təkcə Fransa, Hindistan və ABŞ-la hərbi əməkdaşlığı gücləndirməyib, eyni zamanda, Yunanıstan və Cənubi Kiprlə də bu istiqamətdə lazımi addımlar atıb. Həmçinin, Cənubi Koreya və Çin Xalq Respublikası ilə hərbi-texniki əməkdaşlıq üzrə dialoqa başlanılıb. Ermənistanın təcavüzkar dövlət olduğunu, Azərbaycan ərazilərinin 20 faizini on illər ərzində işğal altında saxlamasını, bu gün də sülh danışıqlarına paralel olaraq prinsipial məsələlərdə konstruktivlik göstərməməsi, yəni əsas qanununda Müstəqillik bəyannaməsinə istinadı çıxarmaqdan imtina etməsi bu ölkənin silahlanmasına, başqa ölkələrlə hərbi əməkdaşlığı genişləndirməsinə bizim həssaslıqla yanaşmağımızı tələb edir. Baş verənlər ölkəmizin təhlükəsizlik qayğılarını artırır.

Bu çərçivədə dekabrın 12-də Fransanın Ermənistandakı səfiri Olivye Dekotini və S.Papikyan arasında müdafiə sahəsində əməkdaşlıq gündəliyinin aktual məsələlərinin və yaxınmüddətli planların müzakirə edildiyi görüş də diqqəti cəlb edir.

Bundan bir neçə gün öncə isə İrəvanda Ermənistanla Fransa arasında strateji məsləhətləşmələr həyata keçirilib və 2025-ci il üçün müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb. Lakin proqramın detalları açıqlanmayıb. Ermənistan müdafiə nazirliyi bildirib ki, proqrama silahlı qüvvələrin, demək olar ki, bütün fəaliyyət istiqamətləri üzrə onlarca fəaliyyət daxildir. Rəsmi xülasədə bildirilir ki, Ermənistan–Fransa strateji məsləhətləşmələri zamanı müdafiənin planlaşdırılması, hərbi təhsil və təlimlər, məsləhət dəstəyi, müxtəlif qoşun növlərinin hazırlığı və hərbi-texniki əməkdaşlığın digər sahələrində əməkdaşlığa xüsusi diqqət yetirilib.

Hayastan müdafiə nazirliyi əməkdaşlığın daha yüksək səviyyəsi ilə bağlı ifadənin nə demək olduğunu dəqiqləşdirməyib. Sadəcə məlumdur ki, “strateji məsləhətləşmələr” baş tutub və sənədi Ermənistan tərəfdən nazirliyin müdafiə siyasəti və beynəlxalq əməkdaşlıq departamentinin rəhbəri Levon Ayvazyan, Fransa tərəfdən isə müdafiə nazirliyinin beynəlxalq əməkdaşlıq baş idarəsinin nümayəndəsi Aleksandr Eskorsiya imzalayıblar. Ermənistan müdafiə nazirliyi, həmçinin bildirib ki, silahlı qüvvələrin komandanlığı fransalı tərəfdaşlarla qarşılıqlı fəaliyyət səviyyəsindən razıdır və əməkdaşlığı inkişaf etdirmək niyyətindədir: “Ermənistanın silahlı qüvvələrində islahatların prioritetləri və bu islahatlar çərçivəsində Fransa ilə əməkdaşlığın gedişatı müzakirə edilib”.

Ötən il isə Ermənistan və Fransa hərbi texnikanın tədarükünə dair müqavilə imzalayıblar. Müqaviləyə əsasən, Fransa Ermənistana üç ədəd “GM200” radarı və “Mistral” raketləri verməlidir. Həmçinin bildirilib ki, Fransa tərəfi Ermənistana silahlı qüvvələrində islahatlar aparmaqda kömək göstərəcək. 2023-cü ildən başlayan əməkdaşlıq nəticəsində Fransa artıq Ermənistana 24 ədəd “Bastion” zirehli maşını verib. Lakin hələlik üç ədəd “GM200” radarının və “Mistral” raketlərinin təhvil verilib-verilməməsi barədə məlumat yoxdur. Bir neçə ay əvvəl Fransanın xarici işlər naziri İrəvanda olarkən Parisin müdafiə sektorunda Ermənistana dəstəyini davam etdirəcəyini bildirmişdi.

Qərb dünyasını təmsil edən Ermənistanın Fransa ilə hərbi əməkdaşlığı inkişaf etdirməsi Azərbaycanda təhlükəsizlik qayğıları yaratmaqla yanaşı, Rusiyaya qarşı da yönəlmiş addımdır. İrəvandakı qərbpərəst ekspertlər Fransa ilə hərbi əlaqələrin inkişaf etdirilməsinə sevindiklərini gizlətmirlər. Politoloq Lilit Dallakyan Qərb tərəfdaşları ilə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş istənilən addımı müsbət qiymətləndirdiyini deyib: “Təbii müttəfiqlərimizlə əməkdaşlığın dərinləşdirilməsi vacibdir. Xüsusilə Suriyadakı hadisələrdən sonra yaranmış belə mürəkkəb və kövrək geosiyasi vəziyyətdə. Heç kim Suriya böhranının necə bitəcəyini proqnozlaşdıra bilməz”.

Ekspert hesab edir ki, silah alışı ilə yanaşı, zabitlər və bütün hərbi heyət üçün təlimlər keçirmək, silahlı qüvvələri NATO standartlarına yaxınlaşdırmaq lazımdır: “Bizim qarşımızda ordunun modernləşdirilməsi kimi ciddi vəzifə durur. Mən bunu müasir silah almağa bərabər vacib məsələ hesab edirəm. Siz silah almaqla yanaşı, ondan necə istifadə edəcəyinizi də bilməlisiniz”.

Politoloq Ermənistanın hava hücumundan müdafiəsinin Rusiya ilə birgə həyata keçirilməsini problemli məsələ hesab etdiyini bildirib. Qeyd edib ki, yeni hava hücumundan müdafiə sistemlərini əldə edərkən, onların necə istifadə olunacağı, Rusiya Federasiyasının müdaxiləsi olmadan müstəqil şəkildə istifadə edilə biləcəyi sualı yaranır: “Bir çox hərbi ekspertlər iddia edirlər ki, artıq Rusiyanın Ermənistana hava hücumundan müdafiə ilə bağlı öhdəliklərini yerinə yetirmədiyi hallar olub”.

L.Dallakyan əmindir ki, Ermənistanın müdafiə sistemində Rusiyanın mövcudluğu minimuma endirilməlidir. O hesab edir ki, Ermənistan–ABŞ və Ermənistan–Fransa müdafiə əməkdaşlığı bir paketdə nəzərdən keçirilməlidir. Dallakyan xatırladıb ki, hamı Qərb tərəfdaşlarının Rusiyanın yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan Ermənistana silah satmasını qeyri-mümkün hesab edirdi. Lakin onun fikrincə, bu, ABŞ-ın razılığı ilə baş verdi: “ABŞ-ın icazəsi olmasaydı, Fransa belə bir addım atmazdı”.

Politoloq, eyni zamanda, Donald Trampın hakimiyyətə gəlişindən sonra Avropanın müdafiə sistemini müstəqil şəkildə inkişaf etdirməyə çalışacağına dair siqnallar verildiyini qeyd edib: “Fransa, Böyük Britaniya, Almaniya, Polşa öz ordularını gücləndirmək barədə çox fəal şəkildə danışır. Bu, bizim üçün yaxşıdır. Biz bir tərəfdaşdan asılı olmayacağıq. Biz də Ukrayna kimi bir sıra Avropa ölkələri ilə ikitərəfli müqavilələr imzalaya biləcəyik”.

L.Dallakyanın sözlərinə görə, bu ölkələr İrəvanla qarşılıqlı faydalı əməkdaşlığa razı olacaqlar, çünki Ermənistan artıq Rusiyanın strateji müttəfiqi olması stereotipini sındırıb. Onun fikrincə, Ermənistanın KTMT-yə üzv olması hücum silahlarının əldə edilməsinə mane ola bilər. Eyni zamanda, L.Dallakyan Rusiyanın bu strukturunu (KTMT-ni nəzərdə tutur–S.H.) tərk etməyin risklərini də nəzərə almağı zəruri hesab edib. Deyib ki, Ermənistan rəhbərliyi əvvəlcə ölkəni “təhlükəsizlik yastıqları” ilə təmin etməlidir.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu S.Papikyanın səfəri ilə bağlı XQ-yə açıqlamasında bildirdi ki, bir ölkənin müdafiə naziri il ərzində başqa ölkəyə dəfələrlə səfər edirsə, deməli, həmin ölkə ilə hərbi əməkdaşlığı dərinləşdirməyə və oradan hərbi texnika almağa çalışır. Onun sözlərinə görə, bu sözlər Ermənistan müdafiə nazirinin Parisə səfər etməsinə aid edilməlidir. Bu, Papikyanın 2024-cü il ərzində Parisə çoxsaylı səfərlərindən daha biridir: “Xəbərlərdə Papikyanın Parisə “işgüzar” xarakterli səfər etdiyi qeyd olunub. Bundan bir neçə gün əvvəl Papikyan ABŞ-a da “işgüzar” səfər etmişdi. Fransa Ermənistanla hərbi əməkdaşlığı dərinləşdirməyə və bu ölkəyə hərbi texnika, o cümlədən raket sistemləri verməyə hazırdır. Ermənistan hökuməti də bunu istəyir, ancaq İrəvan Rusiyadan hələ tam qopa bilməyib. Ermənistan 2024-cü il ərzində Rusiyadan hərbi texnika almasa da, keçmiş illərdə şimal qonşumuzdan aldıqlarının həcmi o qədər böyükdür ki, onları NATO üzvü Fransadan aldığı və alacağı hərbi texnika ilə inteqrasiya etdirmək çətindir”.

E.Şahinoğlu qeyd etdi ki, S.Papikyan baş nazir Nikol Paşinyandan aldığı təlimat əsasında bu məsələləri Parislə razılaşdırmağa çalışmalıdır: “Digər tərəfdən Ermənistan ordusunun generallarına etibar yoxdur. Paşinyan özü demişdi ki, orduda beşinci kolon mövcuddur. Yəni, yüksək rütbəli erməni zabitlərin bir qismi Rusiyaya bağlıdır. Həmin zabitlər Ermənistana göndərilən və ya göndərilməsi planlaşdırılan hərbi texnikalar barədə məlumatları axırıncı detallarına qədər Rusiya hərbi kəşfiyyatına ötürə bilərlər. Paşinyan bu problemi həll etməyib. Vaşinqton və Paris Ermənistanla hərbi sahədə əməkdaşlıq edərkən, İrəvanın Rusiyadan nə qədər uzaqlaşa bildiyini də hesablamağa çalışırlar”.

Səxavət HƏMİD
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:291
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Dekabr 2024 23:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see377

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see280

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see228

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see225

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see217

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see210

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see207

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see205

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see200

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see195

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see190

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see189

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see187

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see184

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see177

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see171

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see170

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri