Icma.az
close
up
RU
Parada gələnləri qoruya bilməsə, Rusiya biabır olacaq: Təxribat riski böyükdür ŞƏRH

Parada gələnləri qoruya bilməsə, Rusiya biabır olacaq: Təxribat riski böyükdür ŞƏRH

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

Nəhayət, sabah yəni, mayın 9-u Rusiya üçün böyük gündür. 9 May paradı Rusiya üçün həm də güc nümayişinə çevrilib. Lakin bu il həmin günün ətrafında yaranan təhlükəsizlik böhranı onu əsl parad yox, riskli tədbirə çevirib. Zelenskinin təhlükəsizliklə bağlı xəbərdarlığı, Ukraynanın Rusiyaya artan dron hücumları buna sübutdur.

Bu arada Azərbaycam Respublikasının prezidenti İlham Əliyev də parada getməkdən imtina etdi və bunun səbəbləri açıqlandı.

Maraqlıdır görəsən, İlham Əliyevin paradda iştirak etməməsi Rusiya-Azərbaycan arasında soyuqluq yaradacaqmı? Ümumiyyətlə, sabah Rusiyada nələr yaşana bilər? Turkustan.az olaraq bu suallarımızı politoloqlar Turab RzayevƏziz Əlibəyliyə ünvanladıq.

Əlbəttə, Rusiya ilə Azərbaycan arasında soyuqluq yaranacaq, hazırda qırılma anı yaşanır, ancaq yaxşı olardı ki, Rusiya öncə Azərbaycanın parada niyə getmədiyinin səbəblərini araşdırsın. Azərbaycan 3 məsələ qaldırıb. Buna deputatın saxlanılması, kiberhücumun təşkil olunması və təyyarə məsələsi daxildir. Bu məsələləri Azərbaycan qəti şəkildə kənara qoymur, unutdurmur. Çox istədilər ki, Belarus, Tacikistan rəhbəri vasitəsi ilə prezidenti ora getmək üçün razı salsınlar, hətta keşiş də gəldi, ancaq alınmadı.

Düşünürəm ki, Rusiya tərəfi parada görə Azərbaycandan narazı qalacaq. Rusiya çox çalışdı ki, səfər alınsın, hətta buna görə ölkəmizə yaltaqlıq da etdilər. Keşiş gəldi, Putin öz yaxın adamını göndərdi, artıq kompensesiya ilə bağlı da müəyyən məsələlər ortaya qoyulmuşdu. Bütün bunlar ona görə idi ki, ölkə lideri o parada qatılsın, ancaq onlar istəklərinə çata bilmədilər. Buna da bir sıra səbəblər var. İlk növbədə Heydər Əliyevin anım günüdür, ölkəyə İsraildən, Türkiyədən qonaqlar gələcək. Eyni zamanda səfər ərəfəsində baş verən gərginliklər də heç xoş olmadı. Əlbəttə, orada Azərbaycan əsgərləri iştirak edəcək, buna görə də Rusiya ilə soyuqluq yaranmayacaq, ancaq çox güman ki, Putinin şəxsi incikliyi olacaq. Onlar çalışırdı ki, mümkün qədər çox ölkə rəhbərləri gəlsin. Eyni zamanda Serbiya prezidenti də Bakıdadır, Moskvaya getməyəcək, bu baxımdan Azərbaycan prezidenti də özünü riskə atmamalıdır. Bir çox dövlət rəhbərləri bunu gözə alaraq, parada qatılmayacaq. Rusiya gələnlərin təhlükəsizliyini qoruya bilməsə, biabır olacaq. Həmçinin Rusiya özü də müəyyən təxribatlara əl ata bilər ki, bunu Kiyevin üzərinə yıxsın, həm dünyanın gözündə Ukraynaya qarşı nifrət yaratsın, həm də onu daha da güclü silahlarla vurmağa bir səbəb yaransın.

Aytən Yaşar/ Turkustan.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 08 May 2025 20:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri