Icma.az
close
up
RU
Paraqvay millisinin sabiq üzvü Neftçi nin yeni transferindən danışdı: Komandanın yeni ulduzu olması üçün hər cür imkana sahibdir

Paraqvay millisinin sabiq üzvü Neftçi nin yeni transferindən danışdı: Komandanın yeni ulduzu olması üçün hər cür imkana sahibdir

Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Neftçi"nin 5 ilə yaxın formasını geyinmiş Paraqvay millisinin sabiq üzvü Erik Fabian Ramos Sportal.az saytına müsahibə verib. Təcrübəli futbolçu “Neftçi”nin yeni transferi olan həmyerlisi Luis Ortiz haqda danışıb.

- “Neftçi” həmyerlin Luis Ortizlə müqavilə imzaladı. Bu transferi necə şərh edərdin?

Paraqvaylı futbolçunun “Neftçi”də oynayacağını görmək xoşdur. Buna çox sevinirəm. Ümidvaram ki, hər şey çox yaxşı alınacaq. Ortizlə danışdım. Ona Azərbaycanın ən böyük klubuna getdiyini söylədim.

- Ümumiyyətlə, Paraqvayda bu transfer necə qarşılandı? Ortiz Paraqvay liqasının ulduzudur, yoxsa orta səviyyəli oyunçu sayılır? Onun güclü və zəif tərəfləri hansılardır?

Sosial şəbəkələrdən gördüyüm qədərilə, Ortizin transferi haqqında çox danışılır. Çünki o, karyerasında irəliləyən, yaxşı turnirlər keçirən oyunçudur. Əvvəlcə “Sol De Amerika” da, sonra “Ameliano”da Luisin çox oyunlarını görmüşəm. Onun oyun tərzini həmişə bəyənmişəm. Bacarıqlı futbolçudur, birəbirdə yaxşıdır. Onun sol ayaqla güclü və dəqiq zərbələri var. Ən zəif tərəfi isə müdafiə planında ola bilər. 

- Ortiz “Neftçi”nin yeni ulduzu ola biləcək? Onunla  “Neftçi” haqda nə danışdın və hansı məsləhətlərini verdin?

Düzü, özü ilə çox danışmamışam. Daha çox meneceri Tito Fruto ilə söhbətləşmişik. "Neftçi"nin yeni ulduzu olması üçün hər cür imkana sahibdir. Luis və məşqçiyə, “Neftçi”yə uğurlar arzulayıram. Onlar bu mövsüm çempion olmalıdırlar. 

- Səndən sonra “Neftçi”də çıxış edən paraqvaylıların performansını necə dəyərləndirirsən? Səndən daha yaxşı performans göstərə oldu? Digərlərindən fərqli olaraq, “Neftçi”də həm uzun illər oynadın, həm də yaxşı oyununa görə daim diqqət mərkəzində idin....

Sezar Mezza Kolli də "Neftçi"də yaxşı çıxış etdi. Bu da klub üçün vacib idi. Amma daha çox vacib məsələ Luisin ölkəyə tez bir zamanda adaptasiya olmasıdır. Bu baş verməlidir ki, klub stabil, rəqabətədavamlı olsun. Belədə, nəticələr müsbət ola bilər. Bütün bunlara "Neftçi"də sahib olduğum üçün bəxtim gətirib.

Futbolçunun adaptasiyası çox vacibdir. Azərbaycana gələndə ən böyük şansım o idi ki, komanda Flavinyo və Rodriqinyo kimi oyunçular var idi. Onlar mənim tez bir zamanda uyğunlaşmağıma kömək etdilər. Allah qoysa, Luis də komanda yoldaşlarının köməkliyi ilə adaptasiya dövrünü tez bir zamanda keçəcək. 

- “Neftçi”də çıxış edən Ortiz Qustavo Alfaronun diqqətini çəkib Paraqvay millisinə dəvət alması realdır?

Çox çətindir. Çünki hazırda Paraqvay millisinə çox güclü liqalardan oyunular dəvət edilir. Xulio Ensiso, Dieqo Qoms İngiltərə Premyer Liqasında oynayır. Argentina, Braziliya, İtaliya kimi güclü liqalardan da milliyə oyunçular dəvət olunur. 

Mirbağırağa

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:32
embedMənbə:https://sportal.az
archiveBu xəbər 30 İyun 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see216

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see189

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see174

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see169

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see159

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see152

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see150

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see149

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see144

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see136

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see135

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see135

Elvin Cəfərquliyev 2025 ci ilin ən yaxşısı seçildi ÖZƏL

29 Dekabr 2025 18:26see129

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri