Paraqvayda Təndir sənətkarlığı və çörək bişirmə mədəniyyəti nominasiyasının sertifikatı Azərbaycana təqdim olunub
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilmiş "Azərbaycanda təndir sənətkarlığı və çörək bişirmə mədəniyyəti" nominasiyasının sertifikatı xüsusi mərasimdə rəsmi şəkildə ölkəmizə təqdim olunub.
APA xəbər verir ki, bu barədə Azərvaycanın UNESCO-dakı Milli Komissiyasından məlumat verilib.
Bildirilib ki, təqdimetmə Paraqvayın Asunsion şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 19-cu sessiyası çərçivəsində baş verib.
Qeyd edək ki, “Azərbaycanda təndir sənətkarlığı və çörəkbişirmə” adlı milli nominasiya faylı UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Bu barədə qərar UNESCO-nun Paraqvayın Asunsion şəhərində keçirilən Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin 19-cu sessiyasında verilib. UNESCO-nun Qiymətləndirici Orqanı tərəfindən müvafiq meyarlar üzrə müsbət rəy alan nominasiya faylına dair qərar dekabrın 3-də elan edilib. Bununla da UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısında yer alan elementlərimizin sayı 24-ə çatdırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 05 Dekabr 2024 22:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















