Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

Paris merindən Bakıya qarşı HƏYASIZLIQ Şillə kimi CAVAB

Paris merindən Bakıya qarşı HƏYASIZLIQ Şillə kimi CAVAB

Hurriyyet saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Bakıda hərbi cinayətlərə görə məhkum edilmiş ermənilərə həsr olunmuş sərginin keçirilməsi ilə əlaqədar Paris meri Emmanuel Qrequara məktub göndərib.

Musavat.com-un məlumatına görə, diplomat məktubu “X” sosial şəbəkə səhifəsində dərc edib.

“Bu məktubla Paris meriyası və Fransadakı Erməni Təşkilatları Koordinasiya Şurasının (CCAF) 2 sentyabr 2026-cı ildə Paris meriyasının qarşısındakı meydanda “Azərbaycan tərəfindən saxlanılan erməni məhbusların” portretləri kimi təqdim olunan şəkillərin nümayiş etdirilməsini nəzərdə tutan birgə təşəbbüslə bağlı dərin narahatlığımı və qəti etirazımı bildirirəm. İlk növbədə, sizin mövcud vəziyyətlə daha yaxından tanış olmağınıza kömək edəcəyinə ümid etdiyim bir sıra məlumatları diqqətinizə çatdırmaq istərdim", - o yazıb. Səfir vurğulayıb ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, ölkənin ərazi bütövlüyü Fransa və Ermənistan da daxil olmaqla, beynəlxalq ictimaiyyət tərəfindən tanınır. O həmçinin otuz illik münaqişənin nəticələrini xatırladıb və qeyd edib ki, ərazi bütövlüyü bərpa edildikdən sonra Azərbaycan Qarabağın bərpası üzrə irimiqyaslı işlər həyata keçirir.

L. Abdullayevanın sözlərinə görə, 2025-ci ilin avqustunda Vaşinqton sammitində Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflanıb, birgə bəyannamə imzalanıb, bu isə iki ölkə arasındakı münasibətlərdə yeni bir mərhələ açıb. O həmçinin Ermənistanın Baş naziri Nikol Paşinyanın iki ölkə arasında sülhün “görünən və hiss edilən” olması barədə 8 avqust 2026-cı il tarixli bəyanatına istinad edib.

Səfir qeyd edib ki, Fransa Prezidenti Emmanuel Makronun dəstəklədiyi sülh prosesi ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanır və bu, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən təsdiqlənib. “Bu yeni kontekstdə səfirlik keçmişin birtərəfli və münaqişəli şərhini təqdim edə biləcək və ya iki dövlət arasında başlanmış sülh prosesinin ruhuna uyğun olmayan narrativləri yenidən Parisin ictimai məkanına çıxara biləcək hər hansı təşəbbüsü xüsusi narahatlıqla qarşılayır. Biz narahatıq ki, Ermənistan Respublikasının hakimiyyət orqanları ən yüksək səviyyədə sülh gündəliyini və Azərbaycanla münasibətlərin normallaşdırılmasını davam etdirməyə hazır olduqlarını açıq şəkildə bəyan etdikləri halda, nəzərdən keçirilən təşəbbüs, görünür, Fransadakı erməni diasporunu təmsil edən təşkilatlardan irəli gəlir", - müraciətdə bildirilib.

Xanım Abdullayeva həmçinin qeyd edib ki, "sərgi"nin keçirilməsi sülh gündəliyinə ziddir. “O ki qaldı erməni məhbuslara, onlar ağır cinayətlərdə: insanlığa qarşı cinayətlərdə, müharibə cinayətlərində, terrorizmdə, eləcə də hakimiyyəti zorla ələ keçirmə cəhdində ittiham olunublar. Onların arasında Ukraynaya qarşı müharibəni maliyyələşdirdiyinə görə “Mirotvorets" sanksiya siyahısına daxil edilmiş Ruben Vardanyan da var. Fransa Ukraynanı qətiyyətlə dəstəklədiyi halda, belə profilli şəxslərin azad edilməsini tələb etmək bizə ziddiyyətli görünür", - o yazıb.

Səfir əlavə edib ki, Bakı Hərbi Məhkəməsi tərəfindən mühakimə olunan şəxslər, o cümlədən Qarabağdakı tanınmamış rejimin keçmiş nümayəndələri bir sıra cinayətlərdə, o cümlədən sülhə və insanlığa qarşı əməllərdə təqsirli biliniblər. Diplomat Paris meriyasını sərginin keçirilməsi ilə bağlı qərara yenidən baxmağa və onu dayandırmağa çağırıb.

Qeyd edək ki, Fransa prezidenti Makron Azərbaycan Dövlət başçısı ilə son görüşdə isti münasibət sərgiləyib. Amma Paris hələ də bu məkrli və çirkin mövqeyindən əl çəkmir. Eyni xunta rejimi Fransada olsa, onları fiziki olaraq məhv edərdilər. Paris meriyası Bakıdan niyə əl çəkmir? Bakı meri fransalı həmkarına məktub göndərməli deyilmi? Vaxtilə Rusiyanın himayə etdiyi separatçıları indi niyə Fransa qoruyur? Axı, Fransa Ukraynada separatizmə qarşı dəstək verir...

Deputat Sahib Alıyev Musavat.com-a bildirib ki, Parisin indiki merinin özündən əvvəlkinin yolu ilə getməsi, yəni guya haylara dəstək adı altında bizim regionda konflikt potensialının qalmasına, hətta artmasına çalışması onu göstərir ki, bu, sadəcə paytaxtın özü, yaxud da ayrı-ayrı siyasətçilərlə bağlı məsələ deyil, bütövlükdə Fransa dövlətinin yeritdiyi siyasətdir: “Bunun həmin dövlətin başçısının guya Azərbaycanla Ermənistan arasında sülh gündəliyini dəstəkləməsi haqda bəyanatı ilə uzlaşmamasına, eləcə də cənab İlham Əliyevlə sonuncu görüşü zamanı üst-üstə düşməməsinə gəldikdə, burada təəccüblü heç nə yoxdur. Riyakarlıq, möhtəkirlik, hətta primitiv fırıldaqçılıq Fransa diplomatiyasının bir növ dəst-xəttidir”.

S.Alıyev ardınca vurğulayıb: “Siz sual verirsiniz ki, Ukraynaya qarşı savaşda verdiyi dəstəyə görə adı hallandırılan Ruben Vardanyanın həbsdən azad olunmasını Parisdə necə istəyə bilərlər? Mən də yenə təkrarlayıram: burada təəccüblü heç nə yoxdur. Fransadakıları bu məsələdə Ukraynanın mövqeyi qətiyyən narahat etmir. Onlar üçün Vardanyanın, eləcə də Qarabağdakı keçmiş hərbi xuntanın digər dəstəbaşlarının həbsdə olub-olmamaları da sırf humanitar baxımdan heç bir önəm daşımır. Həmin cinayətkarların buraxılması ona görə istənilir ki, bunun Ermənistanda revanşizm hisslərini gücləndirəcəyi və az öncə bildirdiyim kimi, regionda konflikt potensialını artıracağı düşüncəsindədirlər”.

Milli Məclisin üzvü qeyd edib ki, Yelisey sarayındakılarının Ukraynaya yanaşması da Ermənistana yanaşmasından çox da fərqlənmir: “Birincisi, Ukraynaya verilən dəstəyin arxasında qətiyyən xoşməramlılıq durmur. Buna Rusiyaya qarşı təzyiq və alver predmeti kimi baxılır. İkincisi, gurultulu dəstək bəyanatları verilməyə verilir, amma əməldə başqa reallıqlar üzə çıxır. Baxın, bir konkret fakt: 2024-cü il fevralın 16-da Fransa ilə Ukrayna arasında təhlükəsizlik sazişi imzalananda Paris 2024-cü ildə “3 milyard avroyadək” əlavə hərbi yardım göstərmək öhdəliyi götürmüşdü. Amma heç bunun üçdə biri də edilmədi. Və bilirsiniz, səbəb də nə ilə izah olundu? Sənəddə 3 milyard yox, 3 milyardadək yardım vəd olunub. Yəni hətta bir avro belə yardım etsə, bu, Fransa üçün öhdəliyin yerinə yetirilməsi demək imiş. Bu, sırf alverçi fırıldağına bənzəyir, ya yox? Mən onlarla belə fakt çəkə bilərəm, sadəcə, vaxt almaq istəmirəm”.

S.Alıyev digər bir paralellik də aparıb: “Siz Avropanın digər böyük dövlətləri - Almaniya və Böyük Britaniyanın - Ukraynaya etdiyi real yardımın həcminə baxın, bir də Fransanın. Onda bu dövlətin və onun gurultulu bəyanatlar verən, bəlağətli dəstək nitqi söyləyən başçısının mahiyyəti tam üzə çıxacaq. Yəni deməyim odur ki, Azərbaycan Fransanın nə dediyinə yox, nə etdiyinə baxır və buna uyğun siyasət yeridir. Və bu siyasət heç də Bakı Təşəbbüs Qrupunun atdığı addımlarla məhdudlaşmır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 02 Sentyabr 2026 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see300

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see268

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see267

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see249

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see242

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see229

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see225

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see224

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see216

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see213

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see212

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see203

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see196

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see188

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see184

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see184

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see175

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see174

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see174

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

10 Noyabr 2026 05:25see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri