Icma.az
close
up
RU
Paris prokurorluğu 2027 ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır

Paris prokurorluğu 2027 ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Paris, 30 sentyabr, AZƏRTAC

Fransanın Baş naziri Sebastyən Lökornünün müraciətindən sonra Paris prokurorluğu 2027-ci il büdcəsinin hazırlanması ilə bağlı məlumatların mətbuata sızması üzrə araşdırmaya başlayıb. Söhbət peşə sirrinin pozulması və etimaddan sui-istifadə ehtimallarından gedir.

AZƏRTAC xəbər verir ki, prokurorluğun məlumatına görə, büdcə layihəsinin hazırlanması ilə bağlı ilkin və məxfi iş sənədlərinə istinad edən iki məqalə dərc olunub. Sentyabrın 7-də Lökornü “Les Echos” qəzetində dərc olunan məlumatlardan sonra məsələ ilə bağlı məhkəməyə müraciət etdiyini açıqlamışdı. Həmin xəbərlərdə hökumətin əməkdaşların mənfəətdə iştirak və yığım planlarına işəgötürənlər tərəfindən edilən ödənişlərin bir hissəsini sosial ödənişlərə cəlb etməyi nəzərdən keçirdiyi bildirilirdi.

Baş nazirin müraciətindən sonra prokurorluq ilkin araşdırma başladıb və işi müvafiq polis bölməsinə həvalə edib. Nazirlər kabineti isə bu cür sızmaların ölkənin iqtisadi həyatına təsir göstərə biləcəyini bildirərək, müraciətin mətbuata qarşı yönəlmədiyini vurğulayıb.

Bununla yanaşı, jurnalist təşkilatları mənbələrin məxfiliyinin qorunması məsələsindən narahatlıq ifadə ediblər. Milli Jurnalistlər Sindikatı (SNJ) bildirib ki, məhkəmə təzyiqi jurnalistlərin məlumat mənbələrinin susmasına səbəb ola bilər və mənbələrin qorunmasını demokratiyanın əsas prinsiplərindən biri kimi qiymətləndirib.

Araşdırmanın başlanması 2027-ci il büdcəsinin hazırlanması ətrafında mətbuata məlumat sızması ilə bağlı hüquqi mübahisəni gündəmə gətirib. Büdcə layihəsinin ilkin variantının hökumət tərəfindən oktyabrın əvvəlində təqdim edilməsi nəzərdə tutulur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Sentyabr 2026 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see289

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see278

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see275

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see270

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see270

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see261

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see256

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see252

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see248

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see246

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see232

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see227

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see226

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see226

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see223

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see220

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see215

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see214

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see208

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri