Icma.az
close
up
RU
Paris Sazişinin 6.4cü maddəsinin Bakı görüşündə razılaşdırılması ölkəmizin qlobal miqyasda ekoloji problemlərin həllinə mühüm töhfə verməsinin bariz nümunəsidir ŞƏRH AZƏRTAC

Paris Sazişinin 6.4cü maddəsinin Bakı görüşündə razılaşdırılması ölkəmizin qlobal miqyasda ekoloji problemlərin həllinə mühüm töhfə verməsinin bariz nümunəsidir ŞƏRH AZƏRTAC

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 15 noyabr, AZƏRTAC

Bakıda bir neçə gündür davam edən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) qlobal əhəmiyyətli qərarların qəbul edilməsi gözlənilir və tədbirin ilk günündə Paris Sazişinin 6.4-cü maddəsi ilə bağlı artıq müsbət nəticələr əldə olunub. Paris Sazişinin imzalandığı 2015-ci ildən keçən dövr ərzində yekdil qərar qəbul edilməsi mümkün olmayan bu məsələnin məhz Bakı görüşündə razılaşdırılması ölkəmizin qlobal miqyasda ekoloji problemlərin həllinə mühüm töhfə verməsinin bariz nümunəsidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Zaur Şükürov səsləndirib.

Onun sözlərinə görə, 6-cı maddə Paris Sazişi arxitekturasının vacib tərkib hissəsidir və bu müddəanın tam şəkildə həyata keçirilməsi, iqlim dəyişmələrinin təsirlərini yumşaldılması və adaptasiya tədbirlərinə imkan verməklə yanaşı, maliyyə və texniki resursları inkişaf etməkdə olan ölkələrə yönləndirmək üçün əhəmiyyətli bir addım hesab edilir: “Bu maddənin tam şəkildə işlək vəziyyətə gətirilməsi COP29 Sədrliyinin əsas prioritetlərindədir. COP29-un sədri kimi Azərbaycan inkişaf etmiş və inkişaf edən ölkələr arasında konsensusun tapılmasına töhfə verməyə və Qlobal Cənubla Qlobal Şimal arasında əlaqələr qurulmasına çalışacaq. Heç şübhəsiz, atmosferə karbon emissiyasında əsas paya sahib olan ABŞ və Avropa İttifaqının inkişaf etmiş ölkələrinin bu prosesdə yaxından iştirak etməsi zəruridir. Zəif inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə onilliklər boyu ucuz işçi qüvvəsindən və yerli təbii resurslardan istifadə etməklə əldə olunan gəlirlərin böyük qisminə sahiblənən bu dövlətlər planetimizin üzləşdiyi ciddi iqlim problemlərinin həllinə biganə yanaşmamalı və bu prosesdə lazımi addımlar atmalıdır”.

Milli Məclisin deputatı bildirib ki, iqlim dəyişmələrinin yaratdığı fəsadların aradan qaldırması üçün COP29-da maliyyə məsələləri əsas müzakirə mövzusu olacaq və artıq bu ilin sentyabrında İtki və Zərərə Cavab Fondunun fəaliyyətə başlaması ilə bağlı Bakıda ciddi irəliləyiş əldə olunması, bir sıra dövlətlərin və nüfuzlu maliyyə institutlarının maliyyə vəsaitləri ayıracaqlarını bəyan etməsi COP29-dan əsas gözlənti olan yeni iqlim maliyyəsi hədəfi üzrə tarixi razılaşmanın əldə olunmasına ümidləri artırır.

Zaur Şükürov qeyd edib ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkəmizin qlobal əhəmiyyətli qərarların qəbul olunması prosesində mühüm rolunu bir daha sübut edir: “Prezident İlham Əliyevin noyabrın 12-də COP 29-un Liderlər Sammitinin açılış mərasimində və noyabrın 13-də COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində çıxışlarında səsləndirdiyi qlobal əhəmiyyətli fikir və tezislər, o cümlədən Azərbaycanın Yaşıl gündəliyi haqqında planları onu deməyə əsas verir ki, ölkəmiz bu gün dünyanı düşündürən və planetimizin gələcəyini təhlükə altına alan iqlim dəyişikliyi və ekoloji problemlərin həllinə töhfə verməyi hədəfləyən nüfuzlu və etibarlı dövlət olaraq çıxış edir.

Dövlətimizin başçısının Liderlər Sammitində çıxışı zamanı qeyd etdiyi kimi, ötən ilin dekabrında təxminən 200 ölkənin yekdil qərarı ilə COP29-a ev sahibliyi etməyimiz Azərbaycana olan hörmətin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsidir.

Milli Məclisin deputatı deyib ki, Azərbaycan yaşıl enerjinin istehsalı ilə bağlı iddialı layihələrə start verib və bu planlar son nəticədə planetin ekoloji vəziyyətinin sağlmalaşdırılmasına töhfə verəcək: “Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib. Biz 2030-cu ilə qədər təxminən altı giqavatlıq günəş, külək və hidroenerji stansiyalarının tikilməsini planlaşdırırıq. Lakin bu, tam planlarımızın hamısı deyil, 10 giqavatlıq bərpaolunan enerji layihələri üzrə müqavilələr və anlaşma memorandumları imzalanıb. Biz, həmçinin ixrac bazarlarına diqqət yetiririk və Xəzər dənizindən başlayaraq Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsini nəzərdə tutan digər mühüm enerji təhlükəsizliyi layihəsinin həyata keçirilməsi üçün tərəfdaşlarımızla fəal çalışırıq. Bu, bizə Avropaya yaşıl enerjini ixrac etmək imkanı verəcək və bu kabelin texniki potensialı dörd giqavatdır. Yeri gəlmişkən, texniki-əsaslandırma işləri bu yaxınlarda bitəcək. Lakin yenə də bu, yalnız başlanğıcdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Noyabr 2024 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see262

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see228

Türkiyədə şübhəli maddənin iyindən zəhərlənən 9 polis xəstəxanaya yerləşdirilib

03 Sentyabr 2025 07:22see212

Məni azadlığa buraxın, qeyri adi istedadım var İlhamə Elşadqızı

03 Sentyabr 2025 13:18see182

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see176

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see173

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see146

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see142

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see139

Qazaxıstanda aviasiya təhlükəsizliyi üzrə ICAO auditi aparılır

03 Sentyabr 2025 02:43see135

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see135

Yaponiyada 80 yaşlı qadın özünü astronavt kimi təqdim edən fırıldaqçının qurbanı olub

03 Sentyabr 2025 06:33see131

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see130

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see129

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see127

Tramp Rusiyaya gedə bilər Vacib şərt açıqlandı

03 Sentyabr 2025 13:46see125

Fənər in müdafiəçisi Rusiya yolunda

03 Sentyabr 2025 13:39see123

Övladına toy edən şəxsin evi yandı

03 Sentyabr 2025 22:57see119

İşçiləri əmək müqaviləsiz çalışdırırmış...

04 Sentyabr 2025 11:10see116

ABŞ də matça çayının gözlənilməz fəsadı ortaya çıxdı

04 Sentyabr 2025 14:46see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri